İsa Qəmbər danışdı: “Onlar iqtidarın adamlarıdır” – İTTİHAM
Bizi izləyin

Nida.az

İsa Qəmbər danışdı: “Onlar iqtidarın adamlarıdır” – İTTİHAM

Müsavat Partiyasının eks-başqanı İsa Qəmbər dünən partiya qərargahı önündə bir qrup müsavatçının etiraz aksiyası keçirməyinə münasibət bildirib.


Publika.az xəbər verir ki, İ. Qəmbər “facebook” profilində bu barədə yazıb: “Zamanında demişdim ki, problem Müsavatın daxilində deyil, hakimiyyətlə Müsavat arasındadır. 6 mayda bu bir daha təsdiq olundu”.


İ. Qəmbər aksiya iştirakçılarını iqtidarın adamı adlandırıb. Onun sözlərinə görə, hakimiyyət özlərini müsavatçı adlandıran bir qrupun partiya qarşısında “piketini” təşkil etdi.


“Piketdə aldananlar ola bilər, amma təşkilatçılar özlərini birmənalı olaraq ifşa etdilər”, - deyə o bildirib.


Qeyd edək ki, dünən bir qrup müsavatçı Müsavatın qərargahı önündə Arif Hacılının istefası üçün aksiya keçirib. Etirazçılar “Növbədənkənar qurultay keçirilsin”, “Müsavat ailə partiyası deyil”, “İstefa” şüarları səsləndiriblər.

Aksiyada çıxış edənlər partiyada baş verənlərə görə Arif Hacılı ilə yanaşı, İsa Qəmbəri də qınayıblar.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm