Deputat: “Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün əla fürsətdir”
Bizi izləyin

Nida.az

Deputat: “Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün əla fürsətdir”

“I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın dünyada imicinin yüksəlməsi üçün olduqca əhəmiyyətlidir”.


Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Yevda Abramov deyib.


Onun sözlərinə görə, oyunlar zamanı Azərbaycana gələcək qonaqlar, turistlər ölkəmizi tanıyacaq: “Gələnlər Azərbaycanın həyat tərzini, inkişafını görəcək, Azərbaycan xalqının qonaqpərvərliyi ilə tanış olacaq. Gələnlərin hər biri geri qayıdarkən öz ölkəsində gördüklərini danışacaq. Bu isə sadə təbliğatın ən yaxşı formasıdır. Hesab edirəm ki, Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün əhəmiyyətli fürsətdir”.


Y. Abramov qeyd edib ki, Azərbaycan vətəndaşları bu oyunların əhəmiyyətini yaxşı anlayır.


“Əgər bu oyunlar əhəmiyyətsiz olsaydı, dövlətimiz bunu Bakıda keçirməzdi. Hər kəs dövlətimizin bu addımının arxasında Azərbaycanın dünyada yaxşı imicinin formalaşması və ölkənin dividentlər qazanması olduğunu bilir”, - deyə deputat diqqətə çatdırıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm