Ziyafət Əsgərov: “Azərbaycanı gözdən salmaq istəyirlər”
Bizi izləyin

Nida.az

Ziyafət Əsgərov: “Azərbaycanı gözdən salmaq istəyirlər”

“Birinci Avropa Oyunları ilə bağlı bir sıra dövlətlər və QHT-lər Azərbaycana qarşı həyata keçirilən qarayaxma kampaniyasına qoşulublar”.

Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

“Biz hələ bir neçə il əvvəl "Avroviziya" mahnı müsabiqəsini keçirən zaman oxşar qarayaxma kampaniyasının şahidi olmuşuq. Təəssüf ki, qarayaxma kampaniyasına qoşulanlar Azərbaycanı gözdən salmaq istəyirlər. Əslində, birinci Avropa Oyunlarının keçirilməsi məsuliyyətini üzərimizə götürdüyümüzə görə bizə təşəkkür etməlidirlər. Ancaq biz bunun tamam əksini görürük", - Əsgərov əlavə edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm