İran Qarabağla bağlı mövqeyini dəyişəcəkmi? – türkiyəli ekspert şərh edir
Bizi izləyin

Nida.az

İran Qarabağla bağlı mövqeyini dəyişəcəkmi? – türkiyəli ekspert şərh edir

“İranla Qərb arasında nüvə proqramı ilə bağlı müəyyən istiləşmə olsa da, Tehranın Qarabağ münaqişəsinə yanaşmasının dəyişəcəyini demək bir qədər çətindir”.


Bunu Publika.az-a açıqlamasında Akdeniz Universitetinin İqtisadi və İdarəçilik Bilikləri Fakültəsinin Beynəlxalq əlaqələr bölümünün üzvü, türkiyəli ekspert Şenol Kantarcı deyib.


Onun sözlərinə görə, İranla bağlı yumşalma Ankara və Bakı üçün də önəmlidir: “Lakin Qarabağ məsələsində İranın qısa zamanda yanaşmasının dəyişəcəyi ehtimalı azdır. Ermənistan İranla sərhəd ölkə olaraq enerji və ticarət əməkdaşlığı edir. İranın Ermənistanla əlaqələri onun Qarabağ münaqişəsində ortaya qoyduğu mövqeyə dəlalət edir. Ermənistan rejimi işğalçı siyasət yürütdüyü üçün həm Bakı, həm də Ankara ilə diplomatik əlaqələrə malik deyil.

Onun üçün İran vacib ölkədir. Ermənistan bu gün İranın qazı ilə isinir. Bununla yanaşı, Ermənistan dəmiryollarını İrana uzadaraq oradan Hind okeanına və Bəsrə körfəzinə çıxmaq istəyir. Bütün bunlar İranın Ermənistan üzərində ciddi təsirə malik olduğunu deməyə əsas verir. Tehran Bakıdan daha çox Moskva ilə olan strateji əməkdaşlığı düşünür və Rusiyanın Cənubi Qafqazda son qalası olan Ermənistana verdiyi önəm də burdan aydın olur. Bu baxımdan, Tehranın Qarabağ məsələsində mövcud siyasətini dəyişdirəcəyinə dair ehtimallar olduqca azdır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm