Bahar Muradova: “Avropa dəyərləri haqqında çoxlarımız yanıldıq”
Bizi izləyin

Nida.az

Bahar Muradova: “Avropa dəyərləri haqqında çoxlarımız yanıldıq”

“İnkişafa yenicə qədəm qoymuş, inkişaf etməkdə olan ölkələrin çatmaq istədikləri məqsəd Avropanın dəyərlərinə malik olmaq idisə, bu gün artıq bu istəklərdə bir çoxlarımız yanıldığımızı düşünürük".

Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova bu gün Bakıda Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş Yeni Azərbaycan Partiyası tərəfindən təşkil edilən "Azərbaycan müasir dünyada" adlı konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Avropada hər şey heç də düşündüyümüz kimi şəffaf deyil. B.Muradova deyib ki, məsələlərin mahiyyətinə vardıqca proseslərdən görürük ki, can atdığımız dəyərlər heç də uzaqda deyil, öz içimizdədir, öz milli-mənəvi dəyərlərimizdədir, tarixi keçmişimizdədir və gələcəyə baxışımızdadır: “Bu gün dünyada, Avropada və inkişaf etmiş ölkələrdə olan anti-türk, anti-islam, islamafobia kimi meyillər mövcuddur. Digər xalqların, yenicə müstəqilliyini əldə etmiş dövlətlərin müstəqil siyasət yürütməsi, müsəlman və türk dövlətlərinin inkişafı dünyada qısqanclıqla qarşılanır. Biz hər birimiz başa düşürük ki, dünyanı maraqlar idarə edir. Bu baxımdan Azərbaycanın müstəqil siyasət aparması, güclənməsi, inkişaf etməsi dünyanı öz maraqlarına uyğun idarə etmək istəyənlərin qarşısında bir manedəir. Əlbəttə ki, belə bir mühitdə qarşıya qoyduğun məqsədə çatmaq üçün düzgün yol seçməlisən. Məhz Ümumilli lider Heydər Əliyev bu yolu düzgün seçdi və bu istiqamətdə gedən Azərbaycan bu gün güclənmiş ölkləyə çevrildi".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm