"Ukraynanı bölmək, onu yenidən Rusiyanın siyasi himayəsi altına qaytarmaq.." - Bəyanat
Bizi izləyin

Nida.az

"Ukraynanı bölmək, onu yenidən Rusiyanın siyasi himayəsi altına qaytarmaq.." - Bəyanat

Demokratik İslahatlar Partiyası Ukraynada baş verən son proseslərlə bağlı bəyanat verib.

Bəyanatda deyilir:"Azərbaycanın yaxın dostu və müttəfiqi olan Ukraynada baş verən son proseslər bizi ciddi surətdə narahat edir. Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qarşı olan təhdidlər Avropaya inteqrasiya yolunu seçmiş digər post-sovet ölkələri üçün də təhlükə yaradır.

Rusiyanın tətbiq etdiyi təzyiq metodları, onun silahlı qüvvələrinin Ukraynanın önəmli bölgəsi olan Krımda hərbi-siyasi vəziyyəti gərginləşdirmək cəhdləri yolverilməzdir. Hesab edirik ki, beynəlxalq ictimaiyyət, o cümlədən də Azərbaycan, bu prosesə laqeyd qalmamalı, Ukraynanı bölmək, onu yenidən Rusiyanın siyasi himayəsi altına qaytarmaq cəhdlərinə qarşı etiraz səsini qaldırmalıdır. Çünki bu proseslər SSRİ-nin dağılmasından sonra yeni yaranmış dövlətlərin müstəqil inkişafının qarşısını almaq üçün Azərbaycan, Gürcüstan və Moldovada ortaya atılmış separatçı əməllərin davamına bənzəyir. Ukrayna proseslərinin ictimailəşdirilməsi, Azərbaycan ərazilərinin Rusiyanın dəstəyilə işğal olunması faktına beynəlxalq diqqəti yönəltmək baxımından da vacibdir.

Biz bu məsələlərin zor yolu ilə deyil, sülhlə və hüquqi müstəvidə həllini istəyir, Ukraynanın bölünməsi cəhdlərini qətiyyətlə pisləyir, Ukrayna xalqının Avropaya inteqrasiya seçimini dəstəkləyirik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm