Arif Hacılı ona qarşı çıxanlara cavab verdi
Bizi izləyin

Nida.az

Arif Hacılı ona qarşı çıxanlara cavab verdi

Müsavat Partiyasının başqanı Arif Hacılı onu istefaya çağıran rəqiblərinə cavab verib.


Publika.az xəbər verir ki, A. Hacılı “facebook” üzərindən yayımladığı cavabında ona qarşı çıxanları iqtidara işləməkdə ittiham edib.


“Müsavatın ölkə tarixinin azsaylı demokratik, şəffaf seçkilərindən birini təşkil edən qurultayını saxta adlandırır, bu qurultayı keçirən, partiyanın bütün rəhbərliyini əhatə edən Təşkilat Komitəsinin konsensus əsasında qəbul etdiyi qərarlarını qanunsuz elan edir, paritet əsaslarla formalaşmış komissiyanın videokameralar qarşısında, canlı yayımla keçirdiyi şəffaf seçkilərin nəticələrini qəbul etmirlər.

Qurultayın sədarətini və katibliyini sənədləri saxtalaşdırmaqda suçlayır, partiyanın Məclisini, Divanını, MNTK-sını, rayon təşkilatını tanımır, üzvü olduğu partiyanın ləğvi üçün Ədliyyə Nazirliyinə müraciət etməklə hədələyirlər. Bütün bunlardan sonra “hakimiyyətin maraqlarına xidmət edirsən” deyənləri “vicdansız”, ona qarşı Nizamnamə tələblərini tətbiq edənləri “diktator” adlandırır. Dedikləri “İnnovativ texnologiya” budurmu?” - deyə Müsavat başqanı bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm