• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

İbrahim Vəliyev: “Bütün bunlar Qərbin bizə qarşı həyata keçirdiyi çirkin siyasətdir”

  • Nida.az
  • 8 May 2015 11:40
  • 352 Baxış
İbrahim Vəliyev: “Bütün bunlar Qərbin bizə qarşı həyata keçirdiyi çirkin siyasətdir”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin sabiq müavini, Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin dosenti İbrahim Vəliyev Qərbin Azərbaycana qarşı ikili standartlı mövqe nümayiş etdirməsinə münasibət bildirib.

AXCP üzvü Publika.az-a açıqlamasında deyib ki, dünya ictimaiyyəti Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı haqlı mövqeyə malik olduğunu çox yaxşı bilir: “Məgər onlar bilmir ki, Ermənistan işğalçıdır? Avropa, ABŞ, Rusiya çox gözəl bilir ki, Ermənistan işğalçı ölkədir. Ancaq, görürsünüz, bizə nə deyirlər. Deyirlər ki, siz işğalçı ölkə ilə sülhə gedin. İşğalçı ilə sülhə getmək olmaz. İşğalçı ilə o zaman sülhə gedərsən ki, torpaqları azad etsin. Ermənistan gəlib mənim torpağımı işğal edib, mən səninlə sülh danışıqlarına gedən zaman istər-istəməz sənin mövqeyinlə razılaşmalı olaram”.

İ.Vəliyev qeyd edib ki, dünya ictimaiyyəti işğalçı ilə işğala məruz qalan ölkələrin kimliyini yaxşı bilir: “Biz ötən əsrin 90-cı illərində xalq hərəkatına yeni başlayanda elə düşünürdük ki, səsimiz dünyaya çatmır, ona görə bizi müdafiə etmirlər. Ancaq sonradan başa düşdük ki, bu heç də belə deyil, hər dövlətin öz siyasəti və maraqları var. Nə qədər iş görürsən gör, bu məsələ iş aparmaqla düzələn deyil. Böyük dövlətlərin öz maraqları var. Əgər Fələstin İsrailin torpağını zəbt etsəydi, Fələstini çoxdan məhv etmişdilər. Yaxud da biz öz tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda indiki Ermənistanın hər hansı kəndini tutsaydıq, dünya birliyi Azərbaycana qarşı çoxdan hərəkətə keçmişdi. Ancaq indi görürsünüz ki, dünya birliyi daim Ermənistanı müdafiə edir. Ermənistanın qondarma “erməni soyqırımı” kampaniyası aparması üçün dünyada geniş şərait yaradılır, özləri də gəlib yaxından iştirak edirlər. Bütün bunların hamısı Qərbin bizə qarşı həyata keçirdiyi çirkin siyasətidir. Çox təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də bizim əleyhimizə olan dövlətlərdir. İndi bizim yeganə səmimi müttəfiqimiz, dayağımız Türkiyədir. Yerdə qalan ATƏT, Avropa Birliyi, ABŞ, Rusiya və digərlərinin hamısı yalandan müttəfiqdirlər”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR