Nida.az
“Tənəzzülün zirvəsidir” – Vurğun Əyyubdan Müsavat rəhbərliyinə sərt sözlər
Müsavat Partiyasından çıxarılan ADR sədrinin müavini Vurğun Əyyub mayın 6-da partiya qərargahının önündə Arif Hacılıya qarşı keçirilən aksiyaya münasibət bildirib.
Publika.az xəbər verir ki, V. Əyyub “facebook”
səhifəsində etiraz edənləri “agent” adlandıran Müsavat rəhbərliyinə
sərt cavab verib.
“Müsavat Partiyasının bir qrup üzvü partiyanın indiki rəhbərliyinin
apardığı siyasətə etiraz məqsədilə qərargaha toplaşdı. Qərargahdakı
zalın qapılarını açmadıqlarından, məcbur olub qərargahın önündə
etiraz yığıncağı keçirdilər. Etiraz edənləri qəbul edib dinləmək,
mövqe ifadə etmək əvəzinə rəhbərlikdə olanların ən balacasından
tutmuş ən böyüyünə kimi nimdaş ittihamlar, kiflənmiş damğalar
yağdırdılar: satqındırlar, hakimiyyətin agentura şəbəkəsidirlər,
YAP-ın sifarişini yerinə yetirirlər və daha nələr. Etiraz edənlərin
şəkillərinə, video görüntülərinə baxıram. Əksəriyyəti illərdir
tanıdığım, mübarizədən bir addım da kənara çəkilməyən
adamlardır.
Çıxışçılar kimlərdir? Mitinqlərin, seçkilərin, partiya tədbirlərinin təşkilatçıları, hərəsi bir rayon təşkilatını quran, möhkəmlədən, yaşadan, partiya rəhbərliyini canları hesabına qoruyanlar, liderlərinə “Primakov agenti”, “qorxaq”, “iradəsiz!, “satqın” böhtanları yağdıranlara qarşı mərdliklə sinə gərənlər, o təhqirləri söyləyənlərə qarşı hətta düşmənçilik səviyyəsində mübarizə aparan insanlardır. Bu insanlara qarşı sərgilənən mövqe, söylənilən ittihamlar siyasi-mənəvi tənəzzülün, bilmirəm, başlanğıcıdır, zirvəsidir, ya sonu?” - deyə o bildirib.
Asif Nərimanlı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?