Komitə sədri: “Azərbaycanın Avropa Oyunlarına ev sahibliyi etməsi Avropada böyük minnətdarlıqla qarşılanır”
Bizi izləyin

Nida.az

Komitə sədri: “Azərbaycanın Avropa Oyunlarına ev sahibliyi etməsi Avropada böyük minnətdarlıqla qarşılanır”

“Bakı 2015” Avropa Oyunlarına münasibət xarici ölkələrdə rəsmi olaraq çox müsbətdir”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin regional məsələlər komitəsinin sədri, Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun rəhbəri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib.

Onun sözlərinə görə, Avropa ölkələri bu oyunlarla çox maraqlanır. A.Rəhimzadə deyib ki, Azərbaycanın Avropa Oyunları kimi böyük və mötəbər yarışa ilk dəfə ev sahibliyi etməsi işini öz üzərinə götürməsi Avropada böyük minnətdarlıqla qarşılanır: “Avropanın rəsmi dairələri tərəfindən bu oyunlara münasibət çox yaxşıdır. Ancaq Avropada qeyri-rəsmi dairələr də var ki, onlar müəyyən öhdəlikləri icra edirlər. Həmin dairələr Azərbaycana təzyiq göstərmək və bunun nəticəsində nə isə əldə etmək istəyirlər. Amma bütün bunların Azərbaycan üçün heç bir qorxusu yoxdur. Çünki Bakı 2015 Avropa Oyunları həm Azərbaycan, həm də Avropa üçün çox vacib və əhəmiyyətli tədbirdir. Avropa Oyunları Azərbaycanı bir daha dünya səviyyəsinə qaldıracaq tədbirdir. Yunanıstanda olduğu kimi, Avropa Oyunlarının da məşəli Azərbaycanın bütün rayon və şəhərlərini gəzəcək. Bununla da Azərbaycan bir daha dünyaya öz mədəniyyətini və tarixini təqdim edəcəkdir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm