Nida.az
“Berlin TV”-dən Şuşanın işğal günü Dağlıq Qarabağ reportajı – VİDEO
“Berlin TV” kanalı Şuşanın işğal günü Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş reportaj yayımlayıb.
Trend-in məlumatına görə, Azərbaycana dair mühüm tarixi əhəmiyyətli faktların əks olunması ilə başlayan reportajda 28 may 1918-ci ildə Türk və müsəlman dünyasının ilk demokratik respublikası olan Azərbaycan Xalq Cumhuriyyətinin qurulduğu zaman ərazisinin 114 min km2 təşkil etdiyi, Sovet hökuməti elan olunduqdan sonra isə ərazilərinin böyük bir qisminin bolşeviklərin təzyiqi altında Ermənistana güzəştə gedilməsi, 1992-ci ildə erməni vandalları tərəfindən törədilən Xocalı soyqırımı haqqında məlumat verilir.
Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, Milli Məclis sədrinin müavini Bahar Muradova və məcburi köçkün Ərşad Piriyevin münaqişə və onun həlli istiqamətində görülən işlər barədə mövqeyi əks olunur.
A.Quliyev ölkəmizin münaqişənin danışıqlar və sülh yolu ilə həlli
tərəfdarı olduğunu, ancaq Ermənistan silahlı qüvvələrinin işğal
olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılması
barədə BMT Təhlülkəsizlik Şurasının 4 qətnaməsinin 20 ildən artıq
müddətdə icra olunmadığını bildirib.
A.Quliyev açıqlamasında münaqişənin həlli üçün yaradılan ATƏT-in
Minsk Qrupunu fəaliyyətsizlkdə ittiham edərək onun təcavüzkar ilə
təcavüzə məruz qalan ölkə arasında fərq qoymadığını və əldə etdiyi
vasitəçilik mandatından lazımınca istifadə etmədiyi üçün sərt
tənqid eidb. Daha sonra millət vəkili ATƏT-in Minsk Qrupu
həmsədrlərinin tərkibinə yenidən baxılmasının, (ABŞ, Rusiya və
Fransa) Almaniya və Türkiyənin bu tərkibə daxil edilməsinın
vacibliyini qeyd edib və bunun problemin həllinə müsbət təsir
edəcəyini deyib.
Şura sədri rəsmi Bakının Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən
yüksək muxtariyyət statusu və orada yaşayan erməni icmasının və
geri qayıdacaq azərbaycanlıların birgə təhlükəsiz yaşamasına
zəmanət verməyə hazır olduğunu xüsusi olaraq vurğulayıb. A.Quliyev
ABŞ və Avropa İttifaqının Ukraynaya göstərdiyi münasibətin və
diqqətin Dağlıq Qarabağ münaqişəsinin həllinə göstərməməsindən
təəssüfləndiyini və işğalçı Ermənistana qarşı müvafiq sanksiyaların
tətbiqinin vacibliyini vurğulayıb.
Milli Məclis sədrinin müavini B.Muradova da Ermənistanın Azərbaycan
torpaqları olan Dağlıq Qarabağı özünə birləşdirmək istiqamətində
addımlarının fayda vermədiyi üçün onu müstəqil subyekt kimi
tanıtmaq cəhdləri və bunun yolverilməzliyinin Azərbaycan tərəfindən
beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldığı, Dağlıq Qarabağ və
7 ətraf rayon daxil olmaqla Azərbaycanın 20 % ərazisinin işğal
altında olması və münaqişə nəticəsində azərbaycanlıların məruz
qaldığı etnik təmizləmə siyasəti, bu ərazilərdəki mədəniyyət
abidələrinin dağıdılması və bir milyona yaxın azərbaycanlının
məcburi köçkün və qaçqına çevrilməsi faktını diqqətə çatdırıb.
B.Muradova eyni zamanda, Ermənistanın bu siyasətinin Azərbaycana
qarşı hərbi cinayət olması, ölkəmizin ərazi bütövlüyünü Helsinki
Yekun Aktının prinsipləri əsasında daim müdafiə və bərpasını tələb
edəcəyi, ATƏT Minsk Qrupunun uğursuz fəaliyyəti və bu fəaliyyətin
daha çox bir tərəfin maraqlarına xidmət etməsini, Azərbaycan
ərazilərindən erməni silahlı qüvvələrinin dərhal çıxarılması ilə
bağlı BMT Təhlükəsizlik Şurası, Avropa Şurası, ATƏT və Avropa
Parlamenti kimi beynəlxalq təşkilatların qətnamə və qərarlarına
Ermənistan tərəfindən əməl edilməməsi barədə fikirlərini
bölüşüb.
Məcburi köçkün Ə.Piriyev isə münaqişə nəticəsində şahidi olduğu erməni vəhşiliyi, yurd-yuvalarından necə didərgin salınmaları barədə acı xatirələrini və dövlətin məcburi köçkünlərə göstərdiyi qayğıdan danışıb.
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”