Sekutadan Qələbə mesajı
Bizi izləyin

Nida.az

Sekutadan Qələbə mesajı

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Qələbə Gününə həsr olunmuş ismarıc yayıb.

Publika.az xəbər verir ki, səfirliyin “facebook” səhfəsində yayılan ismarıcda deyilir: "Həftənin əvvəli mən Azərbaycanın İkinci Dünya Müharibəsində qələbəyə verdiyi töhfələr barədə bəhs edən “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filmi sənədli filminin ilkin nümaişinə getmişdim. Müxtəlif mənbələrdən yararlanaraq çəkilən bu film çox maraqlı idi və qələbənin Azərbaycanda daxil olmaqla müxtəlif müttəfiqlər tərəfindən verilən töhfələrin sayəsində mümkün olduğunu xatırladır”.

R.Sekuta bildirib ki, yetmiş il bundan öncə baş verən olaylar barədə düşünərkən aydın görürük ki, Qələbə Günü gücün triumfu deyil, məhz transatlantik icmaların səylərinin cəmiləşməsi sayəsində Avropada sülh, rifah və sabitlik erasının zəfəridir:

“Birləşmiş Ştatlar bu kimi əlaqələri və ümumi ideyaları dərindən dəyərləndirir və onları gələcəkdə də inkişaf etdirməyə hazırdır. Bu gün biz cəmləşmiş müttəfiqlər tərəfindən verilən qurbanları xatırlayırıq və bizim valideyinlərimiz, baba və nənələrimizin təhlükəli və çağırışlı dövrdə etdikləri mühüm işləri yadımıza salırıq. Bu sırada Azərbaycan da daxil olmaqda hazırda transatlantik icmanın suveren üzvləri olan keçmiş Sovet respublikalarıda var".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm