Rasim Məmmədov: “Azərbaycan bundan da böyük tədbirlərə ev sahibliyi edəcək”
Bizi izləyin

Nida.az

Rasim Məmmədov: “Azərbaycan bundan da böyük tədbirlərə ev sahibliyi edəcək”

“Qərbin bir sıra dövlətləri Avropa oyunlarını öz ərazilərində keçirməkdə çətinlik çəkirlər. Azərbaycan bu gün dünyanın dinamik inkişaf edən dövlətinə çevrildiyi, beynəlxalq aləmdə öz sözünü dediyi üçün belə beynəlxalq turnirlərə asanlıqla ev sahibliyi edə bilir”.

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin birinci vitse-prezidenti Rasim Məmmədov Publika.az-a açıqlamasında bildirib ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi qürurverici haldır:

“Bu oyunlar Azərbaycan xalqını və dövlətini bir daha dünyada tanıdacaq. Respublikamıza gələn idmançılar, azarkeşlər Azərbaycanda hansı dəyişikliklərin, sürətli tərəqqinin olduğunu öz gözləri ilə görəcəklər”.

O, birinci Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsinə qarşı çıxanların, bunu qısqanclıqla qarşılayanların mövcudluğundan təəssüfləndiyini dilə gətirib:

“Əfsuslar olsun ki, bizə qarşı çıxan bəzi qüvvələr, ayrı-ayrı dövlətlər dostluq və səmimiyyət rəmzi olan belə tədbirlərdə də çirkin niyyətlərini ortaya qoydular və bunun qarşısını almağa çalışdılar. Bu günə qədər Azərbaycan dövlətini dünya ölkələrinə daha yaxından tanıdan bir neçə layihə həyata keçirilib. İlk Avropa Oyunları da belə layihələrdən biri, möhtəşəm idman turniridir. Birinci Avropa Oyunlarının məhz ölkəmizdə keçirilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyini fundamental, möhkəm təməllər üzərində qurmasının bariz nümunəsidir. Yeri gəlmişkən qeyd edim ki, bir sıra dövlətlər, o cümlədən qardaş Türkiyə belə möhtəşəm tədbirin Azərbaycanda keçirilməsini yüksək qiymətləndirir. İnanırıq ki, bəzi anti-azərbaycançı qüvvələrin xoşagəlməz niyyətləri gerçəkləşməyəcək və ölkəmiz bundan da böyük tədbirlərə ev sahibliyi edəcək.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm