"Biz Avropa Oyunları ilə bağlı ortaya yüksək standartlar qoyacağıq"
Bizi izləyin

Nida.az

"Biz Avropa Oyunları ilə bağlı ortaya yüksək standartlar qoyacağıq"

"Azərbaycan xalqı Avropa Oyunlarına ciddi hazırlaşır. Bu, tək dövlət deyil, ümumxalq tədbiridir".

Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın prezidentinin köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. O qeyd edib ki, Azərbaycan Avropa Oyunlarından istifadə edərək, Azərbaycan xalqının mədəniyyətini, torpaqlarımızın işğal faktını, Azərbaycanın bölgədə yürütdüyü siyasəti, qazandığımız uğurları dünya ictimaiyyətinə çatdıracaq.

"Biz Avropa Oyunları ilə bağlı ortaya yüksək standartlar qoyacağıq", - Həsənov əlavə edib.

Ə.Həsənov bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə təşkilat komitəsi çox səmərəli və uğurlu fəaliyyət gösətrir: "Bu fəaliyyət artıq bütün sahələrdə özünü göstərir. Dövlət qurumları və digər müvafiq qurumlar da Avropa Oyunlarına hazırlaşır. Hər birimizin üzərinə müəyyən məsuliyyət düşür. Əminəm ki, kütləvi informasiya vasitələri media işçiləri, jurnalistlər də bu tədbirə xüsusi hazırlaşırlar. Gün ərzində reportajlar, bölgələrdə olimpiya məşəlin ardınca xalqın ovqatının işıqlandırılmasını görürük və düşünürəm ki, bu, belə də davam edəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm