ABŞ səfiri: "Tənqid və təhlil bütün ölkələr arasında dialoqun bir hissəsidir"
Bizi izləyin

Nida.az

ABŞ səfiri: "Tənqid və təhlil bütün ölkələr arasında dialoqun bir hissəsidir"

"İlk öncə ABŞ insanlar arasında körpü qurmaq, onları bir araya gətirməkdə idmadan istifadə etmək fikrini dəstəkləyir. Birləşmiş Ştatlar Avropada yerləşmədiyi üçün bu oyunlarda iştirak etməyəcək. Amma biz bütün iştirakçılara və Azərbaycan idmançılarına uğurlar arzulayırıq".


Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib.

Səfir Avropa oyunları ərəfəsində Azərbaycana Amerika və Avropanın müxtəlif siyasi dairələrindən edilən təzyiqlərə olan münasibətini bildirərkən deyib ki, Amerika və dünyanın digər ölkələri üçün insa haqları məsələsi önəmli məsələdir: "Digər ölkələr də ABŞ-da insan haqları məsələsi tənqid və təhlil edirlər. Hesab edirəm ki, burada qəbahətli heç nə yoxdur və bu cür tənqid və təhlil bütün ölkələr araslnda dialoqun bir hissəsidir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm