• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Elmira Süleymanova hesabat verdi - YENİLƏNDİ

  • Nida.az
  • 4 Mart 2014 14:55
  • 1 805 Baxış
Elmira Süleymanova hesabat verdi - YENİLƏNDİ

13.08

Publika.Az-ın verdyi xəbərə görə, Ombudsman Elmira Süleymanova 2013-cü ildə insan haqlarının vəziyyəti haqda Milli Məclisdə hesabat verib. Müvəkkil deyib ki, ötən ilin əlamətdar hadisəsi cəınab İlham Əliyevuin yenidən prezident seçilıməsi olub: “İl ərzində 110 min yeni iş yeri açılıb, yoxsulluğun həddi 5 faiz həddində olub”.

Ombudsman əlavə edib ki, fəaliyyətini qanun və ədalət prinsipləri üzərində qurub və 2013-cü il ərzində müvəkkilə 13670 şikayət daxil olub: “Şikayətlər əsasən torpaq, mülkiyyət, ünvanlı sosial yardım, işə bərpa, aliment və digər məsələlərlə bağlı olub. Ötən il işgəncə və ləyaqəti alçaldan rəftarla bağlı müvəkkil qrupu DİN, MTN, MN, Miqrasiya Xidməti və digər müvafiq qurumlara müracitə edib, 244 saxlanma yerlərinə yerə baxış keçirib”.

Onun sözlərinə görə, il ərzində öncədən xəbərdarlıq etmədən 383 dəfə baş çəkmə həyata keçirilib: “Saxlanılanlarla bağlı fərdi görüş keçirilib, onlara öz hüquqları başa salınıb. Eləcə də baş prokurorluğa müraciətlər edilib. Penitinsiar Xidmətin 197 əməkdaşına inzibati töhmət verilib, 37-si azad edilib, 16 nəfəri ədliyyə sistemindən xaric edilib”.

Ombudsman təhsil, səhiyyə və digər sahələrdəki hüquq pozmalardan da danışıb və bu istiqamətdə görülən müvafiq işləri diqqətə çatdırıb.

14.54

Milli Məclisi İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) illik hesabatını qəbul edib.

Ombudsman Elmira Süleymanova hesabatı təqdim etdikdən sonra hesabat ətrafında müzakirələr olub, deputatlar hesabatla bağlı fikirlərini bildiriblər.|Müzakirələrdən sonra Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2013-cü ilə dair hesabatı səsə qoyaraq qəbul edilib.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR