Nida.az
Qubad İbadoğlu: “Müsavatı avtoritar üsullarla idarə edənlər hər cür yalana əl atır”
Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının sədri,
Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu Müsavat
Partiyasında baş verənlərə münasibət bildirib.
Publika.az xəbər verir ki, hazırda Amerikada olan
Q. İbadoğlu Müsavat və ADR üzvlərinə çağırış edib.
O, Müsavatda baş verənləri ürəkağrısı ilə izlədiyini deyib.
“Partiyanı avtoritar üsullarla idarə edən bir qrup onların
nizamnamədən kənar hərəkətlərinə etiraz bildirən üzvləri müxtəlif
bəhanələrlə partiyadan uzaqlaşdırır, ünvanlarına hər cür yalan,
böhtan yağdırır, bəzən hətta təhqirlərə də əl atırlar. Təbii ki, bu
cür məsələlərdə müzakirələrdən kənarda qalmaq çətin olur. Gəlin
unutmayaq ki, çox da uzaq olmayan zamanlarda Müsavat xalqın ümid
yerinə çevrilmiş bir siyasi qüvvə olub. Amma əfsuslar olsun ki, son
qurultaydan sonra Müsavatda rəhbərliyi mənimsəyənlər şəxsi və qrup
mənafeyinə xidmət edən səbatsız siyasət və səriştəsiz idarəçiliyi
ilə partiyanı ağır duruma salıblar. Çox təəssüf ki, partiyanın
indiki rəhbərliyi və onları müdafiə edən bir qrup səhvlərdən nəticə
çıxarmaq, narazılıqları araşdırıb aradan qaldırmaq əvəzinə yanlış
qərarları, uğursuz açıqlamaları və bu zaman istifadə etdikləri
xoşagəlməz və təhqiramiz ifadələri ilə sizləri yersiz müzakirələrə
cəlb edirlər. Müzakirələr zamanı müşahidə etdiyim qarşılıqlı
aşağılayıcı açıqlamalar, ittiham dolu yazışmalar, bəzən də təhqirlə
müşayiət olunan ifadələr bir çoxları kimi mənə də xoş gəlmir və çox
güman ki, cəmiyyətdə də yaxşı qarşılanmır. Bütün bunlar həm də
ümumi demokratik dəyərlərə və mübarizəyə də zərbə vurur. Odur ki,
sizlərə - uzun illərin mübarizə dostlarına güvənərək xahiş edirəm
ki, söz atışmalarını dayandırasınız, belə müzakirələr zamanı
yolverilməz ifadələrdən, təhqiramız sözlərdən istifadə
etməyəsiniz”, - deyə ADR sədri bildirib.
Asif Nərimanlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!