Yunan gənc: “I Avropa Oyunları Olimpiya Oyunları səviyyəsində keçiriləcək”
Bizi izləyin

Nida.az

Yunan gənc: “I Avropa Oyunları Olimpiya Oyunları səviyyəsində keçiriləcək”

“İlk Avropa Oyunları Azərbaycana yeni dəyərlər, yeni tərəfdaşları gətirəcək”.

Bunu Publika.az-a açıqlamasında Yunanıstanın Gənclər üçün Üfüqlər adlı təşkilatının rəhbəri İrena Drakopoulou deyib.

Onun sözlərinə görə, I Avropa Oyunları Azərbaycanın tanınmasına əhəmiyyətli dərəcədə kömək edəcək: “Bu Oyunların Bakıda keçirilməsi Azərbaycan üçün böyük uğurdur. Yunanıstanda Olimpiya Oyunları keçirilib. İnanıram ki, “Bakı 2015” Olimpiya Oyunları səviyyəsində keçiriləcək”.

İ. Drakopoulou Azərbaycana vurğunluğunu da gizlətməyib.

“Azərbaycan siyasi, iqtisadi və digər sahələrdə inkişaf edib. Azərbaycan tolerant və multikultural ölkədir. Çünki Azərbaycanda çoxlu millətlərin nümayəndələri sərbəst şəkildə yaşayırlar. Ümumiyyətlə, sizin ölkəniz bir çox sahələr üzrə dünyaya nümunədir”, - deyə o bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm