Müsavat Divanında etirazçılara divan tutulacaq
Bizi izləyin

Nida.az

Müsavat Divanında etirazçılara divan tutulacaq

Mayın 6-da Müsavat Partiyasının qərargahlı qarşısında rəhbərliyə qarşı etiraz aksiyasının təşkilatçıları cəzalandırılır.

Publika.az xəbər verir ki, Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) etiraz aksiyasının təşkilatçılarından olan 3 nəfər barəsində təqdimat hazırlayıb.

MNTK tərəfindən partiya üzvlərinin fəaliyyəti ilə əlaqədar hazırlanan təqdimat bu gün Divanın bu gün keçiriləcək müzakirəsinə çıxarılacaq.

Divan üzvü Razim Əmiraslanlı Publika.az-a deyib ki, Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli, təşkilatın üzvləri Rahib Mirələmov və Əli Qasımlı Divana çağırıblar.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm