• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Qərargahın qarşısında piket keçirənlər Müsavatdan qovuldu

  • Nida.az
  • 11 May 2015 19:29
  • 581 Baxış
Qərargahın qarşısında piket keçirənlər Müsavatdan qovuldu

Müsavat Partiyasının Divanı Ucar və Suraxanı rayon təşkilatlarının buraxılması barəsində qərar qəbul edilib.

Müsavatın Divan üzvü Nemət Kərimli APA-ya açıqlamasında bildirib ki, qərar Divanın bu gün keçirilən toplantısında qəbul edilib.

Onun sözlərinə görə, iclasda partiyanın Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli, təşkilatın digər üzvləri Rahib Mirələmov və Əli Qasımlının partiyaya qarşı fəaliyyəti müzakirə olunub: “Onlar Divana dəvət olunsa da, gəlməyiblər. Onların partiya əleyhinə mütəmadi fəaliyyəti nəzərə alınaraq, hər üçünün partiya sıralarından xaric edilməsi qərara alınıb”.

N. Kərimli qeyd edib ki, iclasda həmçinin Mərkəzi Nəzarət-Təftiş Komissiyasının Suraxanı rayon təşkilatının buraxılması ilə bağlı təqdimatı müzakirə edilərək qəbul edilib: “Suraxanı rayon təşkilatının seçkili orqanlarının partiya əleyhinə fəaliyyət göstərməsi, pozuculuqla məşğul olması nəzərə alınaraq, buraxılması haqda qərar qəbul edilib və 12 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb”.

Xatırladaq ki, Müsavatın bir qrup üzvü mayın 6-da partiya rəhbərliyinə etiraz olaraq piket keçirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR