Növbəti görüş Riqada ola bilər
Bizi izləyin

Nida.az

Növbəti görüş Riqada ola bilər

Azərbaycan və Ermənistan tərəfi 21-22 may tarixində Riqada keçiriləcək “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

Publika.az-ın məlumatına görə, bu barədə Avropa İttifaqı nümayəndəsinə istinadən "RİA Novosti" agentliyi məlumat yayıb.

“Dağlıq Qarabağ üzrə üzv ölkələrimizdən biri – Fransanın, eləcə də Rusiya və ABŞ-ın sədrlik etdiyi necə Minsk prosesi mövcuddur. Onlar Ermənistan və Azərbaycan prezidentlərinin ya da iki ölkə xarici işlər nazirlərinin görüşünü təşkil edəcək. Bu, Avropa İttifaqının iştirak etmədiyi çox az proseslərdən biridir”, - Aİ nümayəndəsi deyib.

O bildirib ki, münaqişənin həlli üzrə format dəyişmir.

“Biz amerikan, rus və fransız həmkarlarımızın münaqişənin həllinə dair səylərinə inanırıq. Təəssüf ki, bu, çox çətin prosesdir”, - deyə Aİ nümayəndəsi vurğulayıb.

Ermənistan və Azərbaycan Belarus, Gürcüstan, Moldova və Ukraynanın da daxil olduğu Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramında iştirak edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm