Partiya sədri: “I Avropa Oyunları Azərbaycanın yeni rekordudur”
Bizi izləyin

Nida.az

Partiya sədri: “I Avropa Oyunları Azərbaycanın yeni rekordudur”

“Qısa zaman ərzində I Avropa Oyunlarına mükəmməl hazırlıq görmək Azərbaycanın dünyadakı yeni rekordudur”.


Bunun Publika.az-a açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.


Onun sözlərinə görə, bu oyunlar Azərbaycan üçün böyük hadisədir: “Oyunlarda iştirak üçün 6 min idmançı, yüzlərlə xarici jurnalist iştirak edəcək. Yüz minlərlə turist gələcək. Bu, Azərbaycanın təbliği üçün möhtəşəm aksiyadır. Bu oyunlar Azərbaycanın iqtisadi və siyasi gücünü artıracaq”.


Partiya sədri idman oyunları ilə insan haqları iddialarının qarışdırılmasını absurd yanaşma hesab edir.


“İnsan hüquqlarını əldə dəyənək edib oyunları gözdən salmaq olduqca pis tendensiyadır. Onsuz da bunu edənlər heç nə qazaqnmayacaq və Avropa Oyunları möhtəşəm şəkildə keçiriləcək. Sadəcə olaraq, bu oyunların siyasiləşdirilməsi Avropanın özünə xeyir vermir”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm