Müsavatdan daha bir istefa
Bizi izləyin

Nida.az

Müsavatdan daha bir istefa

Müsavat Partiyası Nizami rayon təşkilatının keçmiş sədri Nizaməddin Quliyev partiyadan istefa verib.


Publika.az xəbər verir ki, N. Quliyev istefa addımını Müsavatda baş verənlərə və partiya rəhbərliyinin tutduğu mövqeyə etiraz olaraq atdığını bildirib.


Müsavat Qadınlar Birliyinin sədri, ADR sədrinin müavini Ellada Məmmədli Publika.az-a açıqlamasında N. Quliyevin istefa ərizəsini dünən partiyaya təqdim etdiyini deyib.


“O, Müsavatda avtoritar qaydalarla idarəçiliyə etiraz edir. Mayın 6-da keçirilən aksiyada tələblərə cavab verilməməsi, həmçinin, aksiya təşkilatçıları olan şəxslərə qarşı addımlar Nizaməddin bəyin qərarını qətiləşdirib”, - deyə o bildirib.


Qeyd edək ki, Nizaməddin Quliyev Müsavat Partiyasının bərpasında və quruculuğunda böyük rolu olan şəxslərdəndir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm