Rusiyada yaşayan soydaşımız: “Bakı 2015” Avropaya çox böyük təsir edəcək”
Bizi izləyin

Nida.az

Rusiyada yaşayan soydaşımız: “Bakı 2015” Avropaya çox böyük təsir edəcək”

“I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmiz üçün ən böyük hadisələrdən biridir. Vətənin atdığı bu addım heç də asan deyil, ancaq bu gözəl addımı sərrastlıqla atmağı bacardı. Bu gün sevindirici haldır ki, Azərbaycan bütün Avropanı Xəzər sahilində yüksək səviyyədə qarşılamağa qadirdir”.


Bunu Publika.az-a açıqlamasında Rusiyada yaşayan hüquq elmləri doktoru Hafiz Abasov deyib.


Onun sözlərinə görə, bu oyunların Avropaya böyük təsiri olacaq.


“Vətəndən kənarda yaşayan azərbaycanlılar Vətənin bu xoş günlərinə sevinir. Mən və əhatəmdə olan azərbaycanlılar istərdik ki, Vətənin xoş günündə onunla bir yerdə olaq. “Bakı 2015” Avropaya çox böyük təsir edəcək. Azərbaycan bir daha idmanın insan həyatı üçün nə qədər vacib olduğunu təsdiqləmiş olacaq. Vətəndən kənarda yaşasaq da, qəlbimiz hər zaman onunla döyünür.

Heç vaxt bizi böyüdüb boya-başa çatdıran Vətəni yaddan çıxarmır, nəbzimizin onun nəbzi ilə birlikdə döyündüyünü hiss edirik. Biz hər zaman Azərbaycan adlı Vətənimizləyik! Sözlərimi ölkə başçısının sözləri ilə tamamlamaq istərdim: “Bu Oyunlar bir Avropa bayramına çevrilməlidir. Azərbaycan burada da liderlik keyfiyyətləri göstərərək yeni standartlar müəyyənləşdirəcək. Çünki Avropa Oyunlarının standartları əslində Bakıda qoyulacaq. Çünki heç vaxt bu günə qədər belə oyunlar keçirilməyib. Bu oyunlar müxtəlif səviyyədə keçirilə bilərdi. Ancaq biz istəyirik ki, bu möhtəşəm idman bayramı möhtəşəm dostluq bayramına çevrilsin. Buna böyük ehtiyac var”, - deyə H. Abasov bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm