Nida.az
Müsavatdan xaric olunan daha bir şəxs məhkəməyə üz tutur – AÇIQLAMA
“Arif Hacılıya və bu işlərin başında duran əsas səbəbkar İsa Qəmbərə təşəkkür edirəm. Çünki Vurğun Əyyub kimi Azərbaycanda barmaqla sayıla biləcək ziyalını partiyadan bir rayon təşkilatının özək toplantısında çıxardılar. Bizi isə Divanın toplantısında”.
Bunu Publika.az-a açıqlamasında 6 may aksiyasının təşkilində
iştiraka görə partiyadan çıxarılan Rahib Mirələmov deyib.
R. Mirələmov Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) onların
fəaliyyətində nizamnamə pozuntusu olduğunu əsas gətirməsi ilə
razılaşmayıb: “Bizim siyasi fəaliyyətimizdə hər hansı nizamnamə
pozuntusu tapa bilməzlər. Nizamnamədə qeyd olunur ki, partiya
üzvləri partiya rəhbərliyinin tutduğu siyasi xətti tənqid edən
müxtəlif fikir və rəylər səsləndirə bilərlər. Yəni, Arif Hacılı və
İsa Qəmbərin siyasi davranışlarını tənqid etmək Müsavat qarşı olmaq
deyil. Bizi partiyanın hazırkı siyasi kursunu tənqid etdiyimiz üçün
çıxartdılar. Amma adını Nizamnamə pozuntusu qoyurlar. Əslində bu
avtoritarizmdir”.
R. Mirələmov proseslərin başında İsa Qəmbərin dayandığını deyib.
Onun sözlərinə görə, İsa Qəmbər formal olaraq başqanlıqdan getsə
də, partiyanı özü idarə edir: “İsa Qəmbər və Arif Hacılı hər şeyə
dözümsüz yanaşır, köhnə kommunist təfəkkürü ilə hərəkət edirlər.
Onları tənqid edənləri, yürütdükləri siyasəti bəyənməyənləri də
partiyadan çıxarmaqla cəzalandırırlar”.
Keçmiş Müsavat üzvü Suraxanı rayon təşkilatının bütövlükdə istefa
vermək istəyində olduğunu qeyd edib.
“Amma biz dostlarımıza bir qədər səbirli olmağı məsləhət görürük.
Mən partiya rəhbərliyindən haqqımda söylədikləri xain, satqın
ifadələrinə görə üzr istəmələrini tələb edəcəm. Əks təqdirdə,
məhkəməyə müraciət edərək bütün deyilənlərə aydınlıq gətirilməsinə
çalışacam. Onda kimin satqın, kimin xain olduğu ortaya çıxacaq”, -
deyə o bildirib.
Qeyd edək ki, Müsavat Divanının dünən keçirilən toplantısında mayın
6-da Vurğun Əyyubun partiyadan çıxarılmasına və partiya
rəhbərliyinin apardığı siyasətə etiraz olaraq qərargahın önündə
keçirilən aksiyanın təşkilatçıları Suraxanı rayon təşkilatının
sədri Rövşən Dəmirli, üzvlər Rahib Mirələmov və Əli Qasımbəyli
Nizamnamə tələblərini kobud şəkildə pozduqları səbəbi ilə
partiyadan çıxarılıblar.
Asif Nərimanlı
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR