İcra Hakimiyyəti Milli Şuraya cavab verdi: Mitinq olacaq
Bizi izləyin

Nida.az

İcra Hakimiyyəti Milli Şuraya cavab verdi: Mitinq olacaq

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq keçirilməsi haqqında ünvanladığı məktuba müsbət cavab verib.

Publika.az-ın Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, paytaxt meriyası “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına riayət olunmaqla 16 may 2015-ci il tarixdə, saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul” stadionu) mitinqin keçirilməsinə razılıq verib.

Toplantı təşkilatçılarından xahiş olunub ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmamasına ciddi nəzarət etsinlər.

Bakı Şəhər İcra Hakimiyyəti gələcəkdə planlaşdırılan mitinqlərin şənbə günlərinə təyin olunmasını məqsədəuyğun hesab edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm