Ellada Məmmədli: “Məni də Müsavatdan qovacaqlar”
Bizi izləyin

Nida.az

Ellada Məmmədli: “Məni də Müsavatdan qovacaqlar”

“Mənim partiyadan çıxarılmağımla bağlı tapşırıq verilib”.


Bunu Publika.az-a açıqlamasında Müsavat Qadınlar Birliyinin (MQB) sədri, Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının sədr müavini Ellada Məmmədli deyib.


Qeyd edək ki, Müsavat Divanının üzvü Nemət Kərimli MQB-nin fəaliyyətinin iflic olduğunu, sədr E. Məmmədlinin səmərəsiz fəaliyyət göstərdiyini deyib. Bununla bağlı məsələ Divanda müzakirəyə çıxarılacaq.

E. Məmmədli isə Divana çağırılmaqla partiyadan çıxarılacağını bildirib.


“Mənim sədrlik etdiyim MQB partiyada ən fəal strukturlardandır. Biz hər ay iclas keçirir, fəaliyyətimizi genişləndiririk. Hansısa cılız, heç bir nüfuzu olmayan adamlar bizim fəaliyyətimizə qiymət verə bilməz”, - deyə o bildirib.


MQB sədri artıq Divanda onu sorğu-suala tutduqlarını bildirib: “Lakin orda MQB-nin fəaliyyətindən söz açılmadı. Sadəcə olaraq, mənim ADR-dəki fəaliyyətim və Arif Hacılını tənqid edən statusları bəyənməyim haqda soruşdular. Xəbərdarlıqlar edildi. Belə çıxır ki, fərqli fikir söyləyənləri cəzalandıran, partiyadan xaric edən Divan növbəti dəfə mənim haqqımda analoji qərar çıxaracaq”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm