Müsavat dağılır: Kütləvi istefa – SİYAHI
Bizi izləyin

Nida.az

Müsavat dağılır: Kütləvi istefa – SİYAHI

Müsavatın Nizami rayon təşkilatının bir qrup üzvü bəyanat yayaraq partiyadan istefa verib.

Publika.az-ın məlumatına görə, Müsavat Partiyasından istefa verənlərin yaydıqları bəyanatda bu addımlarının səbəbləri açıqlanıb.

Bəyanatda qeyd olunub ki, Müsavatın VIII qurultayından sonra Arif Hacılı başqanlıq dövründə partiyada gedən siyasi kursu öz məcrasından çıxararaq partiyadaxili dağıdıcılıq müstəvisinə keçirib: "İllərini partiyaya vermiş, fədakar, mübariz insanların, alimlərin, ziyalıların, partiya başqanlığına olan namizədlərin rəhbərlik tərəfindən Müsavat Partiyasından çıxarılması müsavatçılar arasında hiddətə səbəb olub. Mövcud Divan və Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) "cəza kəsmə" məntəqəsinə və öz mənafelərinə uyğun "saxta bəyanat" verməklə kifayətlənən bir quruma çevrilib. Arif Hacılının müsavatçılara olan şəxsi "kin-küdurəti, avtoritar idarəetmə üsulu Müsavat Partiyasında dağıdıcılıq kimi xoşagəlməz situasiya yaradıb. Partiya Nizamnaməsindən kənar əməllər, müsavatçılara vurulan damğa, Qubad İbadoğlu, Vurğun Əyyub kimi siyasi aydınların partiyadan çıxarılması Arif Hacılının Məhəmməd Əmin Rəsulzadə yolundan sapmasının bariz nümunəsidir. Müsavat idarəçiliyində yol verilən qüsurlara etiraz edərək, biz aşağıda adları çəkilən şəxslər partiyadan istefa veririk:

1.Nizaməddin Quliyev - Azərbaycanda xalq hərəkatının fəallarından biri, Müsavat Partiyasının sabiq başqanının müşaviri

2. Mirismayıl Hadiyev - Müsavat Partiyasının sabiq Məclis üzvü, vəkil

3. Qalabəy Ağalarlı - Nizami rayon təşkilatı Ali Məclisinin üzvü

4. Gülağa Şərifzadə - Nizami rayon təşkilatın sədr müavini, Şura üzvü

5. Arif Quliyev - təşkilatın sədr müavini, özək sədri

6. Qurban Qocayev - Şura üzvü

7. Yaqub Xanəliyev - Şura üzvü

8. Maarif Məmmədov - üzv

9. Əfqan Rəfiyev - üzv

10. Nəriman Məmmədov - üzv

11. Sərvər Məmmədov - üzv

12. Ceyhun Eyvazov - üzv

13. Rəşad Quliyev - üzv

14. Vahid Əzimov - Şura üzvü

15. Etibar Qasımov - üzv

16. Əlif Şərifov - üzv

17. Şikar Əliyev - üzv

18. Kərim Cəbrayılov - üzv

19. Müşfiq Səfərov - üzv

20. Bayram Məmmədov - üzv

21. Fazil Məmmədov - üzv

22. Firidun Eyvazov – üzv

Partiyanın Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı "Report"a açıqlamasında bəyanatdan xəbərsiz olduğunu bildirib. O deyib ki, həmin şəxslər istefa bəyanatı yayıblarsa, bu, təəssüfləndiricidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm