Ceyms Uorlik: “Azərbaycan və Ermənistan liderləri danışıqları intensivləşdirməkdə maraqlıdırlar”
Bizi izləyin

Nida.az

Ceyms Uorlik: “Azərbaycan və Ermənistan liderləri danışıqları intensivləşdirməkdə maraqlıdırlar”

ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın günlərdə regiona səfər edəcək.


Publika.az “news.am”-a istinadən xəbər verir ki, bu barədə amerikalı həmsədr Ceyms Uorlik deyib.


C. Uorlik ötən həftə Vaşinqtonda Ermənistan prezidenti Serj Sərkisyanla Dağlıq Qarabağ münaqişəsinin həll yollarını müzakirə etdiklərini qeyd edib.


O, hər zaman Prezident İlham Əliyev və Serj Sərkisyanla danışıqlar imkanından istifadə etdiklərini bildirib.


“Azərbaycan və Ermənistan liderləri danışıqları intensivləşdirməkdə maraqlıdırlar. Prezidentlərin görüşünün vaxtı hələlik müəyyənləşməyib. Bu görüşün vaxtını müəyyən etmək üçün yaxın günlərdə regiona səfər etməyi planlaşdırırıq. Biz münaqişənin dinc yolla həlli üçün çalışırıq. Hesab edirəm ki, hər iki ölkənin lideri də bunu istəyir. Uzun illərdir davam edən bu münaqişə insanlara çox əziyyət verib. Bunun sonunun gəlməsini istəyirik”, - deyə o bildirib.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm