Mustafa Hacıbəyli: “Qubadçılar İsa Qəmbərə çamur atır”
Bizi izləyin

Nida.az

Mustafa Hacıbəyli: “Qubadçılar İsa Qəmbərə çamur atır”

“Elbəyi Həsənlinin yazısı təhqirlərlə doludur. Onun səviyyəsinə enərək cavab vermək istəmirəm. Amma onu deyə bilərəm ki, bu cür yanaşma sadəcə ayıbdır”.


Bunu Publika.az-a açıqlamasında Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli deyib.


Onun sözlərinə görə, özünü İsa Qəmbərdən artıq müsavatsevər göstərənlər səmimi deyil: “Bunların bir çoxunu siyasi mübarizədə həmişə arxadan görmüşəm. Bu tarixi təcrübəni xatırladır. Vaxtilə Rəsulzadəyə şəfibəyçilər ləkə vururdu. İndi də İsa Qəmbərə qubadçılar çamur atmağa çalışır. Lakin bütün bunların heç biri baş tutmayacaq”.


Qeyd edək ki, xaricdə yaşayan müsavatçı yazar E. Həsənli Müsavat Partiyasında yaşanan son gərginliklə bağlı Arif Hacılı ilə yanaşı, eks-başqan İsa Qəmbəri də sərt tənqid edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm