Asim Mollazadədən Qarabağ müharibəsi iştirakçılarının statusu ilə bağlı təklif
Bizi izləyin

Nida.az

Asim Mollazadədən Qarabağ müharibəsi iştirakçılarının statusu ilə bağlı təklif

Millət vəkili Asim Mollazadə Milli Məclisin bugünkü plenar iclasında çıxış edib.

Publika.Az xəbər verir ki. Asim Mollazadə çıxışında bildirib: "Dünən daha bir ABŞ ştatı İndiana Xocalı ilə bağlı qətnamə qəbul edib. Hesab edirəm ki, Azərbaycan dövlətinin artan səyləri və genişlənən imkanlarıyla biz dünya ictimaiyyətini Xocalı faciəsi ilə bağlı məlumatlandırırıq. Siyasi dairələrin, xarici dövlətlərin diqqətini bu faciəyə yönəltmək çox vacibdir və biz öz səylərimizi daha da gücləndirməliyik ki, BMT tərkibində beynəlxalq hərbi tribunalın yaradılmasına və Xocalı qətliamını törədənlərin cəzalandırılmasına nail olaq. Azərbaycan dövləti Türk-Azərbaycan cəmiyyətlərini bu işə yönəltmək və sistemli fəaliyyət üçün çalışmalarını gücləndirməlidir. Bizim məqsədimiz Xocalı faciəsini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Beynəlxalq təşkilatlar nəhayət başa düşməlidirlər ki, keçmiş Sovet İttifaqındakı millətlər arasındakı münaqişələr ilk dəfə Qarabağda başlayıb. Dünya BMT-nin qətnamələrini heçə saydığı vaxta qədər belə cinayətlər törədilməkdə davam edəcək. Bu gün Qarabağdakına bənzər hadisələr Krımda baş verir, ondan əvvəl Moldovada və Gürcüstanda baş vermişdi. Biz dünyanı hüquq bərabərliyi prinsipinin bərpa olunmasına çağırmalıyıq və bu prinsipin həyata keçirilməsi Qarabağdan başlamalıdır".

Asim Mollazadə parlament üzvlərinin diqqətini Qarabağ müharibəsi veteranlarının ehtiyaclarına yönəldib. "Biz çox istərdik ki, Qarabağ müharibəsi veteranları, əlilləri Səhiyyət nazirliyinin verdiyi statusdan daha çox yararlansınlar. SSRİ dövründə hər bir xəstəxanada, poliklinikada II Dünya Müharibəsi veteranları üçün xüsusi bir şöbə var idi ki, bundan müharibə iştirakçıları yararlanırdılar, onlar pulsuz müalicə edilir, dərmanla təmin edilirdilər.

Bu gün belə imkanlardan Qarabağda qanı axan əsgər və zabitlər də yararlanmalıdır.
Hər bir müharibədə döyüşlərin getdiyi ərazidə və ətraf ərazilərdə yaşayan sakinlər ciddi stressə məruz qalırlar. Onlar həyatlarını itirmək təhlükəsiylə üzləşirlər, bu stress onları uzun illər tərk etmir. Azərbaycanda Qarabağ müharibəsi vetaranları və əlillərinə, o cümlədən cəbhə xəttində yaşayan sakinlərə dəstək üçün xüsusi şöbənin yaradılması mütləqdir", - Asim Mollazadə Milli Məclisdəki çıxışında bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm