Natali Quli I Avropa Oyunlarına qarşı aparılan kampaniyanı ifşa etdi – ŞOK MƏQALƏ
Bizi izləyin

Nida.az

Natali Quli I Avropa Oyunlarına qarşı aparılan kampaniyanı ifşa etdi – ŞOK MƏQALƏ

“İyunun 12-dən 28-dək Azərbaycanın paytaxtı Bakıda I Avropa oyunları keçiriləcək. Lakin bu oyunlara hazırlıq fonunda Azərbaycana qarşı ikiüzlü məqalələr, informasiyalar yayılır. Xüsusilə bu qara piar kampaniyası ölkədə insan haqları, korrupsiya məsələləri üzərindən aparılır. Lakin heç kim Azərbaycanda əsl vəziyyətin necə olduğu ilə maraqlanmır”.


Publika.az xəbər verir ki, Fransanın “Le Huffington Post” nəşrində Natali Qulinin (Nathalie Goulet) müəllifi olduğu I Avropa Oyunlarına hazırlıq və bu oyunlar üzərindən aparılan anti-Azərbaycan kampaniyasına həsr olunan məqalə yayımlayıb.


“Azərbaycan demokratiyaya sadiqlik nümayiş etdirir, lakin bunu heç kim xatırlamır, yaxud xatırlamaq istəmir”


Məqalədə bildirilir ki, Azərbaycan yaxın dövrlərdə güclü ölkə kimi meydana çıxdı: “Bu ölkə Cənubi Qafqazda bizim müttəfiqimizdir. Halbuki Ermənistanın Rusiyanın marionetkası olaraq fəaliyyət göstərir. Lakin Azərbaycan lap çoxdan, hələ nasizmlə mübarizə illərindən bizim müttəfiqimizdir. Bu ölkə 20 il öncə ərazilərinin 20 faizinin işğalı ilə üzləşib. Qonşu Ermənistan Dağlıq Qarabağı, həmçinin Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzulini işğal etdi. Bu beynəlxalq hüququn pozulması deməkdir. Ötən həftə Fransa da Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiq etdi. Nəhayət, Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə, eləcə də Qafqazın təhlükəsizliyi məsələsində strateji müttəfiqdir. Bu kiçik neft ölkəsinin ətrafı qorxulu kabuslarla doludur.

Şimaldan Rusiya, cənubdan qorxulu İran. Bununla belə, bizim müttəfiqimizə qarşı ikili standart yanaşmaları sərgilənir, pis münasibət göstərilir. Lakin heç kim bu ölkədə dini azadlığı, dövlətin dünyəvi prinsiplərinə diqqət yetirmir. Hansı ki, bu amillər bir ölkənin siyasi yetkinliyini nümayiş etdirir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvüdür, eyni zamanda, İsraillə diplomatik və iqtisadi əlaqələrə malikdir. Ermənistanla açıq silahlı münaqişə şəraitində Avropa Şurasının demokratik dəyərlərinə sadiqlik nümayiş etdirir. Lakin bütün bunları heç kim xatırlamır, yaxud xatırlamaq istəmir”.


“Bizim paxıl və xırda cəmiyyətimiz belə düşünür: əgər nəsə pulsuz hazırlanırsa, deməli, burda başqa məqsəd var”


Müəllif vurğulayır ki, bu kiçik ölkənin xaricdə onu dəstəkləyəcək güclü lobbisi, yaxud məşhur müğənnisi yoxdur.

Məqalədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bəşəriyyət üçün gördüyü işlərə də toxunulur: “Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu mədəni və humanitar layihələrin reallaşması ilə məşğuldur. Fond bütün dünyada muzeylərə dəstək verir, Pakistanda və kasıb ölkələrdə məktəb və xəstəxanalar açır. Lakin dünya bütün bu işləri görmək istəmir. Bizim paxıl və xırda cəmiyyətimiz başqalarının hərəkətləri haqda ümumi fikrə malikik. Əgər nəsə pulsuz hazırlanırsa, deməli, burda başqa məqsəd var”.


“Belə bir absurd fikir var: əgər Azərbaycanın dostları varsa, deməli, onu pulla alıb”


“Le Huffington Post” Azərbaycanın demokratiya yolundan böyük işlər görməyinin vacibliyi fikrini müdafiə edir. Lakin “bu regionda yaxud dünyada təkcə ona aiddir?” sualını da önə çıxarır.


“Belə bir absurd fikir var: əgər Azərbaycanın dostları varsa, deməli onu pulla alıb. Mən özümü bu ölkənin dostu hesab edirəm. Mən onun xalqının tanıyıram. Mən ermənilərin öz doğma yurdlarından qovduğu bir milyon azərbaycanlı qaçqını geri qayıtmasına çalışıram. Mən bilirəm ki, Bakının parıltısından uzaqda yaşayan yüz minlərlə sadə və ləyaqətli azərbaycanlı ölkə prezidentinin ərazi bütövlüyünü bərpası üçün apardığı siyasəti dəstəkləyir. Bizdə də bu ölkə və xalqa möhkəm dostluq yaranıb. İstərdim ki, bizim qeyri-obyektiv jurnalistlərimiz bütün bunları görsün, anlasın. Onlar bu inkişaf edən müttəfiq dövlətin yeganə məqsədinin dünyada daha rahat yaşaması olduğunu bilməlidir. Çünki Azərbaycan həqiqətən də sabitliyə çalışır və öz ərazi bütövlüyünün bərpası çərçivəsində regionun inkişafına töhfə vermək istəyir”, - deyə N. Quli vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm