Vitse-spiker xüsusi fond yaradılması ideyasına dəstək verdi
Bizi izləyin

Nida.az

Vitse-spiker xüsusi fond yaradılması ideyasına dəstək verdi

“Xeyriyyəçilik haqında qanunun qəbulu, xəstə gənclərin, uşaqların müvafiq təbəqədən və kateqoriyadan olan insanların müalicəsi üçün cəmiyyətin imkanlarını səfərbər etmək üçün təkliflər verənlər xüsusi fondların yaradılmasını istəyirlər. Hesab edirəm ki, həmin fondların yaradılması üçün bu qanunu qəbul edə bilərik və bunu stumullaşdıra bilərik”.

Publika.Az xəbər verir ki, bu barədə vitse-spiker Bahar Muradova Milli Məclisdə çıxışı zamanı deyib. Bu təklifi dəstəklədiyini deyən B. Muradova bildirib ki, yaxın zamanlarda bu məsələni müzakirə edə və gəldiyimiz nəticələri Milli Məclisdə qanuni şəkildə qəbul edə bilərik. “Bundan əlavə hərbi idarə etmə qurumlarında, hərbi hissələrdə, əsasən cəbhə bölgələrində, təmas xəttinə yaxın hərbi hissələrdə psixoloq şatının açılmasına ehtiyac var. Bunun üçün qanunverciliyə müvafiq dəyişikliklər edilməsinə və icra olunmasına ehtiyac var”-deyə o bildirib.

Xatırladaq ki, deputat Qüdrət Həsənquliyev çıxışında xəstə uşaqların müalicsi üçün xüsusi fond yaradılmasını təklif etmişdi.

B. Muradova diqqətə çatdırıb ki, ahıl şəxslərin, tərk edilmiş yaşlıların hüquqlarının qorunması, ən azı onları bu vəziyyətə çatdırmış övladların cəzalandırılması, qınanması, düzgün yola gətirilməsi üçün onların hüquqi və maddi məsuliyyətlərini müəyyən edən qanun qəbul etməliyik: “Necə olur ki, gənc ailədə öz övladını atan atanın üzərinə aliment hüququ qoyuruq, amma valideyinini atan imkanlı şəxslər öz öhdəliklərini yerinə yetirmir. Biz bu öhdəlikləri müəyyənləşdirməli və onları buna məcbur etməliyik”.

Vitse-spiker müvəqqəti saxlanma yerlərində çalışan polis əməkdaşlarının sırasına qadın əməkdaşların da qəbul edilməsi məsələsini doğru hesab etdiyini deyib. O bildirib ki, bu həm də polis sistemində gender bərabərliyinin qorunmasına şərait yaradacaq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm