Avropa Birliyi Cənubi Qafqaza baxışı dəyişir – İrəvan çıxdaş ediləcək
Bizi izləyin

Nida.az

Avropa Birliyi Cənubi Qafqaza baxışı dəyişir – İrəvan çıxdaş ediləcək

Avropa Birliyinin qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Hanın “Şərq tərəfdaşlığı” proqramı haqda son açıqlaması diqqət çəkdi.

Publika.az xəbər verir ki, avrokomissar proqramın iştirakçı ölkələrini yeni münasibətlər formatının gözlədiyini deyib: “Bura Avropa Birliyi ilə sıx inteqrasiyaya cəhd etməyənlər daxildir”.

Ekspertlərə görə, söhbət Cənubi Qafqazın üç ölkəsindən – Azərbaycan, Gürcüstan və Ermənistandan gedir.

Milli Məclisin deputatı Asim Mollazadə isə hesab edir ki, söhbət konkret Ermənistandan gedir: “Mən inanmıram ki, avrokomissar Azərbaycanı işarə etsin. Çünki Azərbaycan Avropa Birliyinin partnyorudur və “Şərq tərəfdaşlığı” proqramının aktiv iştirakçısıdır. Mümkündür ki, Yohannes Han Ermənistanı nəzərdə tutur. Çünki bu ölkə Avropa Birliyi ilə ciddi əməkdaşlıqdan imtina etdi və Avrasiya İqtisadi İttifaqına daxil oldu. Ermənistandan başqa yerdə qalan digər ölkələr Avropa Birliyi ilə bu və ya digər formada əməkdaşlıq edir. Hesab edirəm ki, Avropa Birliyi “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycan və digər partnyor ölkələrlə əməkdaşlığı davam etdirəcək”.

Erməni ekspert Aleksandr İskəndəryan da Rusiya KİV-ə açıqlamasında söhbətin Ermənistandan getdiyi fikri ilə razılaşıb.

Gürcü ekspert İosif Siskarişvili də Ermənistanın “Şərq Tərəfdaşlığı” proqramından çıxarılması ehtimalının yüksək olduğunu deyib.

“Bu ölkə Avropa Birliyinin Assosiativ Sazişini imzalamaqdan son anda imtina etdi və Avrasiya İttifaqını seçdi”, - deyə o bildirib.

Qeyd edək ki, mayın 21-22-də “Şərq Tərəfdaşlığı” proqramının sammiti keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev də bu sammitdə iştirak edəcək.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm