Bakı və Moskva İŞİD təhlükəsinə qarşı birləşir
Bizi izləyin

Nida.az

Bakı və Moskva İŞİD təhlükəsinə qarşı birləşir

“Azərbaycan bir neçə səbəbə görə KTMT-yə qoşulmayıb. Lakin onun Rusiya və Qazaxıstanla təhlükəsizlik sahəsində əməkdaşlığı davam edir. Bundan başqa, Rusiya Azərbaycan üçün Türkiyə kimi strateji tərəfdaşdır”.


Publika.az xəbər verir ki, bu barədə rusiyalı analitik Vitali Arkov Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Azərbaycana səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycana qarşı hər hansı təcavüz proqnozlaşdırılmır: “Lakin bu, həmişə aktualdır. Beynəlxalq terrorizm Azərbaycan və regionun bütün dövlətləri üçün təhlükə yaradır. Xüsusilə İŞİD təhlükəsi aktual olaraq qalır. Bu qruplaşma daxilində Azərbaycan vətəndaşlarının hələ də döyüşməsi təhlükə ehtimalını artırır”.


V. Arkov Rusiya KİV-lərində yayılan bir məlumata da diqqət çəkib.


“Məlumatlar yayıldı ki, İŞİD Türkiyə və Azərbaycana hücum etmək və bu ölkədə xilafətlər qurmaq istəyir. Bunun nə qədər doğru məlumat olduğunu deyə bilmərik. Amma təhlükənin aktual olduğu faktdır. İŞİD Azərbaycanla yanaşı, Rusiyanı da təhdid edir. Onun emissarları bu gün Şimali Qafqazda peyda olur. Həmçinin Tatarıstan və Moskvada 2 milyondan çox müsəlman yaşayır. Güman ki, onlar arasında da İŞİD-i dəstəkləyən radikallar mövcuddur. İŞİD təhlükəsinə qarşı mübarizə yalnız səyləri birləşdirməklə mümkündür. Azərbaycan və Rusiya bu intensiv şəkildə məsləhətləşmələr aparır”, - deyə o qeyd edib.


Rusiyalı analitik dövlət təhlükəsizliyini təkcə radikal qruplaşmalar yox, “rəngli inqilab”ların da təhdid etdiyini bildirib: “Rusiyaya qarşı belə cəhdlər olub. Son illər Bakıda da dəfələrlə bu tipli addımlar atılıb. Lakin xalqın seçdiyi hökuməti yerindən oynatmaq asan məsələ deyil”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm