• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ombudsman Arif Yunus və Rauf Mirqədirovla görüşüb

  • Nida.az
  • 13 May 2015 18:46
  • 261 Baxış
Ombudsman Arif Yunus və Rauf Mirqədirovla görüşüb

Ombudsman Elmira Süleymanova İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) qismində Milli Təhlükəsizlik Nazirliyinin (MTN) müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən baxış həyata keçirib.

Ombudsman Aparatının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, məqsəd saxlama şəraiti və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsindən ibarət olub.

Həmin müəssisədə saxlanılan şəxslərdən jurnalist Rauf Mirqədirov, hüquq müdafiəçisi Arif Yunus, Elşən Mustafayev və digərləri ilə təkbətək qaydada görüş keçirilib. Təklikdə söhbət zamanı onlar bu müəssisədə saxlama şəraiti, habelə müəssisə əməkdaşlarının rəftarından şikayət etməyib, keyfiyyətli qida və tibbi xidmətdən razılıqlarını bildiriblər.

Saxlama şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR