Müsavatdan çıxarılanlar aclıq aksiyasına başlaya bilər
Bizi izləyin

Nida.az

Müsavatdan çıxarılanlar aclıq aksiyasına başlaya bilər

Müsavat Partiyasından çıxarılanların hüquqlarının bərpası üçün aclıq aksiyası keçirilə bilər.


Publika.az xəbər verir ki, ADR üzvü İsmayıl Kəsəmənli belə bir təkliflə çıxış edib.


“Təklif edirəm ki, Müsavatdan çıxarılan ləyaqətli insanların pozulmuş hüquqlarının bərpası üçün aclıq aksiyasına başlanılsın”, - deyə o bildirib.


Məlumatlara görə, bu təkliflə bağlı müzakirələr aparılır.


Qeyd edək ki, partiyadan çıxarılan Suraxanı rayon təşkilatının keçmiş sədri Rövşən Dəmirli və təşkilatın keçmiş üzvü Rahib Mirələmov məhkəmə müraciət edəcək. R. Dəmirli həmçinin Müsavatdan Ədliyyə Nazirliyinə şikayət edilməsi üçün sənəd hazırlandığını da bildirib.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm