• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Aynur Camalqızı: “Bu, Azərbaycanı sevməyən ölkələri qıcıqlandırır” - VİDEO

  • Nida.az
  • 13 May 2015 20:15
  • 555 Baxış
Aynur Camalqızı: “Bu, Azərbaycanı sevməyən ölkələri qıcıqlandırır” - VİDEO

“Teleqraf” MMC media qrupun rəhbəri Aynur Camalqızı Lider TV-də yayımlanan “Səda 24” proqramının qonağı olub.

Publika.az-ın məlumatına görə, Aynur Camalqızı “Bakı-2015” I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı sualları cavablandırıb, bu tədbir ərəfəsində medianın üzərinə düşən vəzifələrdən danışıb.

“Belə bir beynəlxalq yarışmanın Azərbaycanda keçirilməsi ölkəmiz üçün çox böyük dividentlər gətirən bir hadisədir. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bizə çox gözəl fürsətlər verir ki, ölkəmizi dünyada tanıdaq. Ümumiyyətlə, bu cür böyük tədbirlər keçirilərkən o tədbirlərin keçirildiyi ölkələrdə üç əsas amil nəzərə alınır. Birinci, əlbəttə ki, təhlükəsizlik məsələsidir. İkincisi, maliyyə məsələsi, üçüncüsü isə təcrübə məsələsidir. Təhlükəsizliyə gəlincə, Azərbaycan, təbii ki, kifayət qədər stabil bir ölkədir”, - A.Camalqızı əlavə edib.

Daha ətraflı videoda:

Xəbər lenti

DAHA ÇOX XƏBƏR