• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Hüquq mühafizə orqanları AXCP yerləşən binadakı partlayışda kimdən şübhələnir? - Özəl

  • Nida.az
  • 4 Mart 2014 15:20
  • 656 Baxış
Hüquq mühafizə orqanları AXCP yerləşən binadakı partlayışda kimdən şübhələnir? - Özəl

Ötən gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qərargahı yerləşən binada baş verən partlayışla əlaqədar hüquq mühafizə orqanları Müasir Müsavat Partiyasının sədri, prezidentliyə keçmiş namizəd Hafiz Hacıyevə müraciət edib. Bu barədə Publika.Az-a açıqlamasında H.Hacıyev özü məlumat verib.

Partiya sədri H.Hacıyev bildirib: “Dünən hüquq mühafizə orqanları məndən bu barədə soruşublar. Bilirsiniz, biz AXCP-yə qarşı o cür mübarizə aparmarıq. Biz terrorist və ya terrorçu təşkilatı deyilik ki, Əli Kərimlinin ofisini partladaq. Ancaq Kərimov Əli ölkəni qarışdırmaq istəyir. Biz onu zərərsizləşdirmək üçün mübarizə aparırıq. Biz Əli Kərimlini ideoloji, siyasi baxımdan yandırırıq və bundan sonra da Əli Kərimlini yandıracağıq”.

H.Hacıyev həmçinin qeyd edib ki, AXCP-nin qərargahı Əli Kərimli tərəfindən bilərəkdən yandırılıb: “Onlar bununla guya ki, özlərinin məzlum, hakimiyyətin isə amansız olduğunu dünyaya və havadarlarına göstərmək istəyirlər. Mən bu yaxınlarda demişdim ki, Əli Kərimli növbəti təxribata əl atacaq. Bu da baş verdi. Əli Kərimli özünü gündəmdə saxlamaq üçün bu cür üsullara əl atır”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR