Zurab Gventsadze: “I Avropa Oyunları Azərbaycan üçün böyük bir investisiyadır”
Bizi izləyin

Nida.az

Zurab Gventsadze: “I Avropa Oyunları Azərbaycan üçün böyük bir investisiyadır”

“Əminəm ki, I Avropa Oyunları ilə bağlı hər şey möhtəşəm olacaq”.


Bunu Publika.az-a açıqlamasında Gürcüstandan olan QHT rəhbəri Zurab Gventsadze deyib.


Onun sözlərinə görə, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi çox böyük layihədir: “Bu, Azərbaycanın inkişaf göstəricisidir. Çünki nəinki Qafqazda, hətta Avropada Azərbaycan ilk dəfə olaraq bu məsuliyyəti öz üzərinə götürdü. Azərbaycan bununla həm də Qafqaz ölkələri arasında da fərqləndiyini göstərdi”.


Z. Gventsadze qeyd edib ki, Azərbaycan I Avropa Oyunları ilə öz gücünü bir daha nümayiş etdirəcək: “Bu Oyunlar yüzlərlə ölkələrdə KİV-lə yayımlanacaq. Dünya Azərbaycanın gücünü görəcək. Bu oyunlar həmçinin Azərbaycan üçün böyük bir investisiyadır. Eyni zamanda, I Avropa Oyunları Azərbaycanın böyük piarı deməkdir”.


Z. Gventsadze I Avropa Oyunlarına tamaşa etmək üçün böyük həvəslə Bakıya gələcəyini bildirib.


“Bizim ölkəmizin də idmançıları İlk Avropa Oyunlarında iştirak edəcəklər. Hazırda Gürcüstan Olimpiya Komitəsi tərəfindən bu işlərə hazırlıq görülür”, - deyə o diqqətə çatdırıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm