Müsavatdan daha bir kütləvi istefa – 55 nəfər
Bizi izləyin

Nida.az

Müsavatdan daha bir kütləvi istefa – 55 nəfər

Müsavat Partiyası Xətai rayon təşkilatının 55 nəfər üzvü partiyadan istefa verib.


İstefa verənlər bununla bağlı Publika.az-a göndərdikləri bəyanatda qurultaydan sonra partiyada baş verənlərə etiraz etdiklərini bildirirlər.


“Biz, Müsavat Partiyasının Xətai rayon təşkilatının bir qrup üzvü partiyanın VIII qurultayını və qurultaydan sonra partiya daxilində baş verən antidemokratik fəaliyyəti, verilən qərarları böyük narahatlıq, səbr və dözümlə izlədik. Düşündük ki, partiya rəhbərliyi buraxılmış səhvlərdən, edilən tənqidlərdən düzgün nəticə çıxararaq özünün qeyri-legitimliyi haqqında şübhələri dağıtmaq üçün təşkilat daxilində sabitliyi qoruyacaq, qurultay zamanı və sonra baş vermiş hüquq pozuntularını aradan qaldıracaq. Amma gözlədiklərimizin əksi olaraq rəhbərlik nizamnamədən kənar fəaliyyətini davam etdirərək partiyadaxili siyasətə qarşı edilən tənqidlərdən nəticə çıxartmadı.

Partiya rəhbərliyinin Nizamnamədən kənar addımlarını, fədakar, “Müsavatçılıq” ideologiyasına bağlı üzvlərə qarşı təhqir, böhtan və iftira kampaniyasını pisləyərək, hazırkı rəhbərliyi tənqid edən, verilən qərarlara etirazını bildirən partiyanın nüfuzlu və aparıcı qüvvəsini təşkil edən müsavatçıların müxtəlif bəhanə və yollarla partiyadan uzaqlaşdırılmasına etiraz edərək, növbədənkənar qurultayın çağırılıb azad, ədalətli seçkilər əsasında legitim rəhbərliyin formalaşmasınadək partiyadakı fəaliyyətimizə xitam veririk”, - deyə bəyanatda qeyd olunur.


Bəyanatı 55 nəfər imzalasa da, istefa verənlərdən 15-i adının açıqlanmasını istəməyib.

Bəyanata imza atan 40 nəfərin adları da yayılıb.

Vidadi Hüseynov - Xətai rayon təşkilatının sabiq sədri və keçmiş Ali Məclis üzvü
Yaşar Ağabəyov - Şura üzvü
Fəxrəddin Ağayev - üzv

Zahidə Ağabəyova - üzv

Tofiq Süleymanlı - Şura üzvü

Tahir Süleymanov - Şura üzvü

Fərrux Seyidov - Şura üzvü

Yaşar Tağıyev - üzv

Fəxrəddin Rəhimov - üzv

İlqar Məmmədov – üzv
Vüqar Məmmədov - üzv

Sahib Məmmədov - Şura üzvü
Bəkir Qasımov - üzv

Səxavət Hüseynov - üzv

Fikrət Zeynalov - üzv

Məcid Nəcəfov - üzv

Ümid Mirzəyev - Şura üzvü

Zahid Məmmədov - üzv

Ramil Məmmədov – üzv
Qərənfil Şiriyeva – üzv
Zərifə Qulamova - Şura üzvü
Gülüş Həsənova – üzv
Aydın Novruzov – üzv
Elnur Novruzov - üzv

Musa İsmayılov – üzv
Aqil Qazi – üzv
Anar Hacıyev – üzv
Adil Məmmədov – üzv
Mövlud Məmmədov – üzv
Akif Həsənov – üzv
Zülfüqar Həsənov – üzv
Vüqar Qayıbov – üzv
Əkbər Məmmədov – üzv
İlham Cəfərov – üzv
Salam Qasımov – üzv
Qasım Əbdülrəhimov – üzv
Asif Məmmədov - üzv

Mahmud Şıxzadayev – üzv
Hidayət Əliyev – üzv
Fərhad Məmmədov – üzv

Qeyd edək ki, dünən Müsavat Partiyası Nizami rayon təşkilatının 22 üzvü də istefa verdiklərini açıqlayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm