“İƏT Model – Azərbaycan” proqramı başa çatıb – FOTOLAR
Bizi izləyin

Nida.az

“İƏT Model – Azərbaycan” proqramı başa çatıb – FOTOLAR

İslam Konfransı Gənclər Forumunun təşəbbüsü, Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin dəstəyi ilə artıq beşin ildir davam edən “İƏT Model - Beynəlxalq Münasibətlər Akademiyası” proqramı çərçivəsində “İƏT Model-Azərbaycan” adlı milli mərhələnin yekunu və qaliblərin mükafatlandırma mərasimi həyata keçirilib.


Publika.az xəbər verir ki, tədbirdə İƏT-ə üzv ölkələrin Azərbaycanda təmsil olunan səfirləri, diplomatik nümayəndələr, dövlət qurumları nümayəndələri, ali təhsil müəssisələri rəhbərliyi, ictimai xadimlər, həmçinin bu ilki proqramın məzunları olan 200-ə yaxın tələbə iştirak edib.

Öncə “İƏT Modeli – Beynəlxalq Münasibətlər Akademiyası” proqramının Azərbaycandakı builki gedişat və nəticələrini əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra çıxış edən İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin direktoru Elçin Əsgərov layihənin məqsədləri və bu layihənin həyata keçirilməyə başladığı ötən 5 ildə əldə olunan uğurlar, layihə çərçivəsində beynəlxalq səviyyədə qazanılan əlaqalər, bu proqramda Azərbaycanın mühüm rolu haqqında danışıb.
Qeyd edilib ki, keçən 5 il ərzində İƏT ölkələrində layihə çərçivəsində keçirilən təlim və tədbirlərdə 15 mindən artıq tələbə iştirak edib, bunların 700-ə yaxını və ən aktivləri Azərbaycan gəncləri olub.


Gənclər və İdman nazirliyinin nümayəndəsi Fuad Babayev 5 ildir təmsil etdiyi nazirliyin tərəfdaş olduğu bu layihənin gənclərin beynəlxalq əməkdaşlığına mühüm töhfə verdiyini və istedadlı gənclərin üzə çıxarılmasında mühüm rolu olduğuna, gənclər vasitəsi ilə Azərbaycanın daha çox tanıdılmasına xidmət etdiyinə inandıqlarını bildirib.

Qeyd edək ki, “İƏT Model - Beynəlxalq Münasibətlər Akademiyası” İslam Konfransı Gənclər Forumunun təşəbbüsü ilə təsis edilmiş beynəlxalq təhsil proqramıdır və icrasına ilk dəfə 2011-ci ildə Azərbaycanda start verilib.
Hazırda bu təhsil proqramı İslam Əməkdaşlıq Təşkilatına üzv 40-a yaxın ölkədə eyni zamanda həyata keçirilir.

İcrasına 3 ay əvvəl start verilmiş “İƏT Model-Azərbaycan” mərhələsində BDU, ADA, DİA, Dillər, Slavyan və s. universitet və ali məktəblərdən 200-ə yaxın tələbə iştirak edib. Onlar 6 həftə ərzində İslam Əməkdaşlığı Təşkilatı arealı ölkələrinin siyasi, mədəni, iqtisadi problemlərinə, qlobal strategiyalar və beynəlxalq münasibətlərə həsr olunmuş seriya mühazirələr dinləyib, İƏT-ə üzv ölkələrin Azərbaycanda təmsil olunan səfir və diplomatik missiya nümayəndələri ilə görüşlərdə iştirak edib, beynəlxalq münasibətlərin bir çox aspektləri ilə praktiki və yaxından tanış olublar.

Proqramın əsas hissəsi olan yekun tədbirdə, proqram iştirakçıları İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Toplantısını reallığa maksimum yaxınlaşdırılmış formada simulyasiya edən “İƏT XİN Sammiti”ndə, İƏT-ə üzv ölkələr üzrə işçi qruplara bölünərək İƏT məkanında mühüm siyasi xarakter daşıyan və dünyanı narahat edən problemləri müzakirə edərək müvafiq qərarlar qəbul ediblər.

Yekun qətnamələr şəklində qəbul edilən sənədlərdə hazırda Yəməndə gedən cari proseslər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üzrə təkliflər, Yaxın Şərq münaqişələri həlli üzrə təşəbbüslər öz əksini tapıb.

Qapanış mərasimində isə proqramda xüsusi istedadı və bacarığı, “İƏT XİN Sammiti”ndə fəallığı ilə seçilən gənclər səfirlərin, diplomatların, dövlət qurumları nümayəndələrinin iştirakı ilə xüsusi hədiyyələr və diplomlarla ilə təltif olunmuş və onlardan ən yaxşıları hər il İƏT-ə üzv ölkələrin birində keçirilən “İƏT Model - Qlobal Sammit”ində iştirak etmək hüququ əldə edib.

Xatırladaq ki, “İƏT Model - Qlobal Sammiti” proqramda iştirak edən İƏT-ə üzv 40-a yaxın ölkənin 200-dən artıq nümayəndəsinin iştirakı ilə daha geniş miqyasda, hər il İƏT-ə üzv ölkələrin birində keçirilir. İlk belə sammit 2011-ci ildə İstanbulda, ikincisi 2012-ci ildə Rusiyanın Kazan şəhərində, üçüncü 2013-cü ildə Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm