• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Səfir: "Azərbaycan region üçün önəmli dövlətdir"

  • Nida.az
  • 14 May 2015 13:06
  • 378 Baxış
Səfir: "Azərbaycan region üçün önəmli dövlətdir"

Bakıda “G-20: Türkiyənin sədrliyinin prioritetləri və Azərbaycanın yeni əməkdaşlıq imkanları” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Publika.az-ın məlumatına görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun, Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru Razim Vəliyev, Türkiyə Mərkəzi Bankının sədr müavini Mehmet Yörükoğlu və Azərbaycan Mərkəzi Bankının Pul Siyasəti Departamentinin direktoru Azər Ələsgərov iştirak edib.

Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun konfransda çıxışı zamanı bildirib ki, Azərbaycan böyük iyirmilik tədbirində Türkiyə üçün təbii seçimdir: “Türkiyə tərəfindən “G-20” tədbirinə dəvət olunmuş Azərbaycan region üçün önəmli dövlətdir. Azərbaycan regiondakı təcrübəsini bu önəmli toplantıda paylaşacaq”.

Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru Razim Vəliyev isə Azərbaycan iqtisadiyyatı barədə ətraflı məlumat verib. Nazirlik rəsmisi qeyd edib ki, dünya bazarında neftin qiymətinin düşməsi fonunda ölkə iqtisadiyyatında neftdən asıllığın azaldılması üzrə tədbirlər görülür: “Ölkə iqtisadiyyatının gələcək inkişafında qeyri-neft sektorunun payı daha da artacaq. İnanırıq ki, Antalyada liderlərin zirvə toplantısına Türkiyə ən yaxşı şəkildə ev sahibliyi edəcək. Güman edirik ki, “G-20” tədbirlərində mühüm qərarlar qəbul ediləcək”.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR