• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Müsavat başqanı təkzib etdi: “Şişirdilir...”

  • Nida.az
  • 14 May 2015 14:51
  • 332 Baxış
Müsavat başqanı təkzib etdi: “Şişirdilir...”

“Son günlər Müsavat Partiyasında baş verənlər cəmiyyətə şişirdilmiş formada təqdim olunur”.

Publika.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı bu gün keçirdiyi mətbuat konfransında deyib.

A. Hacılı Müsavat Partiyasının VIII qurultayının demokratik, şəffaf keçirildiyini diqqətə çatdırıb: “Lakin bu cür demokratik sistem olan partiyada guya avtoritar idarəçilik olduğu haqda görüntü yaratmağa çalışırlar. Lakin belə deyil. Müsavat Partiyası genişlənmə istiqamətində iş aparır. Partiyada nəsildəyişmə prosesi gedir. Bu proses isə fəsadlarsız ötüşmür. Müəyyən fəsadlar olsa da, bu şişirdilir. Bu müddət ərzində partiyadan xaric edilən adamların sayı 9-dur. Lakin indiyə qədər istefa verənlərin sayı 100-dən azdır. Bu gün 55 nəfərin istefası haqda xəbər yayıldı. Lakin biz araşdırma apardıq, onların içində bəzilərini ümumiyyətlə tanımırıq. Bəziləri əvvəllər istefa vermiş şəxslərdir. Bu, həqiqəti əks etdirmir. Yalnız Müsavatda əlaqəsi olan 6-7 nəfərin istefasından söhbət gedə bilər”.

Müsavat başqanı qeyd edib ki, kimlərsə hazırkı şəraitdə mübarizə apara bilmirsə, nə media, nə də cəmiyyət gedənlərə görə qalanları günahlandırmamalıdır: “Müsavatda fəaliyyət göstərmək böyük fədakarlıq tələb edir. Görünür, kimlərsə fədakar ola bilmirlər. Mən gedənlərə görə təəssüflənirəm. Lakin biz burda ilişib qalmırıq. Bir çox rayon təşkilatlarının yenidən qurulması işi aparılır. Müsavat 80-nə yaxın regional təşkilatı olan yeganə müxalifət partiyasıdır. Bunlardan ən azı 70-i güclü təşkilatdır. Müsavat böyük partiyadır, buna görə də baş verənlər cəmiyyət tərəfindən maraqla qarşılanır. Bəzi partiyaların qurultayı müsavatın bir özək təşkilatında keçirilən seçki qədər əks-səda doğurmur”.

Onun sözlərinə görə, Müsavat daxilində baş verənlər demokratik proseslədir və bu, partiyanın inkişafına gətirib çıxaracaq: “Son 7 ayda Müsavata gələnlərin sayı gedənlərdən qat-qat çoxdur. Son aylar ərzində 300-dən artıq şəxs Müsavata üzv olub. Bizi partiyaya gələnlər daha çox maraqlandırır. Çünki Azərbaycanda yeni şərait yaranıb. Elə adamlar var idi ki, 2003-2005-ci illərdə fəaliyyəti diqqət çəkirdi. Lakin indi şərait dəyişib. Müsavatın bugünkü tərkibi, fəaliyyəti indiki siyasi şəraitə uyğun qurulub və bunun yüksək nəticələri yaxın günlərdə özünü göstərəcək”.

Arif Hacılı Azərbaycanda keçirilən sonuncu icazəsiz aksiyanın Müsavatın qərargahı qarşısında keçirildiyini bildirib: "Lakin onların partiyadan çıxarılması haqda deyilənlər yalandır. Onlardan cəmi 3-ü piketdə iştirak edib. Lakin onların xaric olunması piketdə iştirakları ilə bağlı deyil. Onlar nizamnaməni pozublar və bununla bağlı xəbərdarlıq hələ 3 ay əvvəldən olunmuşdu”.

Onun sözlərinə görə, keçirilən piket Müsavatın demokratik partiya olduğunu sübut edir.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR