“Krımın Rusiyaya birləşdirilməsi variantına baxmırıq”- Vladimir Putin(VİDEO) - YENİLƏNDİ
Bizi izləyin

Nida.az

“Krımın Rusiyaya birləşdirilməsi variantına baxmırıq”- Vladimir Putin(VİDEO) - YENİLƏNDİ

  • Vladimir Putinin mətbuat konfransı

Ukraynadakı hadisələri "zor gücünə silahlı çevriliş" adlandıran Rusiya prezidenti Vladimir Putin bildirir ki, Ukraynaya indi qoşun göndərmək ehtiyacı olmasa da, "mümkündür".

Putinin mətbuat konfransı cənab Yanukoviçin ötən həftə Rusiya prezidentinin indiyə qədər Ukrayna hadisələrinə şərh verməməsinə "təəccübünü" bildirdikdən sonra keçirilir.Rusiyanın BMT-dəki səfiri bildirib ki, Rusiya qoşunlarını Ukraynaya devrilmiş prezident Viktor Yanukoviç çağırıb.

Ötən gün Ukrayna rəsmiləri deyib ki, Rusiya onlara Krım hökümətinə təslim olmaq barədə martın 4-ü səhər 7-ə kimi vaxt qoyub.

Rusiya tərəfi ultimatum verilməsi məlumatını təkzib edib.Hazırda Krım regionunda minlərlə Rusiya qoşunu olsa da, hələlik heç bir qarşıdurma baş verməyib.

Rusiyanın müdaxilə cəhdləri onun ABŞ və Aİ ilə ticarət və hərbi əlaqələrini təhlükə altına alıb.

Putinin mətbuat konfransında dedikləri:

15.12 "Yanukoviçin siyasi gələcəyi yoxdur" və "mən bunu ona demişəm", Putin deyib.

15.08 "Belə bir fikir var ki, Kiyevdə nümayişçilərə snayper atəşi açanlar müxalifət partiyalarından olan araqarışdıranlar olub. Yanukoviç məni əmin edib ki, nümayişçilərə atəş açmaq barədə əmr verməyib".

15. 05 Krımda güc göstərişi edən silahlı qrup "özünü müdafiə üçün yerli qüvvələr" olub, Rusiya əsgərləri deyil. (Reuters)

14.53 Rusiya Ukraynadakı rusları qorumaq üçün bütün vasitələrdən istifadə haqqını özündə saxlayır. (AP)

14.50 Ukraynada, xüsusilə Kiyevdə anti-semit və neo-nasistlər" cilovlanmaz" olduğundan insanlar narahatdır. Əgər onlar xahiş etsə, Rusiya onları qorumaq üçün "bütün əldə olan vasitələrdən istifadə etməyə hazırdır", lakin bu "fövqəladə hallar" üçündür.

10.47 Ukraynaya indi qoşun göndərməyə ehtiyac yoxdur, amma mümkünatı var.

14.44 Prezident Putin deyir ki, Ukrayna xalqı dəyişiklik istədi, lakin "qeyri-qanuni dəyişiklik" dəstəklənə bilməz. (Reuters)

14.42 Radikal dəyişiklik istəyən Kiyev Maydanındakı insanları anlayıram.

14.40 21 fevralda Yanukoviç müxalifətin bütün dediklərinə razı oldu, amma ona yenidən seçilmək üçün heç bir şans verilmədi.

Putinin çıxışında əsas məqamlar:

  • Rusiya Prezidenti Vladimir Putin deyib ki, Ukraynaya Rusiya qoşunları göndərməyə ehtiyac yoxdur, amma gücdən istifadə son çarə olaraq qalır.
  • Cəbab Putin deyib ki, Ukraynanın rusdilli ərazilərində qanunsuzluq olarsa, Rusiyan oraya qoşun göndərmək haqqını özündə saxlayır.
  • Rusiya lideri deyib ki, devrilmiş prezident Viktor Yanukoviç Ukraynanın legitim lideri olaraq qalır.
  • Ukraynanın müvəqqəti hökuməti deyir ki, Krım boyunca 16 min Rusiya əsgəri yerləşdirilib.
  • ABŞ Prezidenti Barak Obamanın sözlərinə görə, Rusiya "tarixin yanlış tərəfindədir" və Ukraynanın suverenliyini pozduğu üçün getdikcə artan təcridlə üzləşir.

15.59

V.Putin Krım muxtar respublikasının Rusiyaya birləşdirilməsi variantına baxılmadığını bildirib. Onun sözlərinə görə, Ukrayna müxalifətinin Konstitusiya əleyhinə hərəkətləri ölkənin şərq və cənub-şərq hissələrini hərəkətə gətirdi.

“Niyə Konstitusiya əleyhinə qanunsuz hərəkətlərlə məşğul olmaq və ölkəni xaosa aparmaq lazım idi? Kiyev küçələrində indiyə kimi əllərində silahlar olan maskalılar dolaşır. Kimisə alçaltmaq, öz gücünü göstərmək istəyirdilər? Tamamilə axmaq olan bu hərəkətlər gözlənilməz effektə gətirib çıxardı”, - prezident vurğulayıb.

V.Putin qeyd edib ki, Ukraynanın gələcəyini təyin etmək üçün hazırkı hakimiyyətin ümummilli mandatı yoxdur. Rusiya prezidenti yeni seçkilərə kimi Ukraynada partnyor hesab edilə biləcək qüvvənin olmadığını söyləyib.

Putin həmçinin xəbərdarlıq edib ki, Ukraynada prezident seçkiləri terror atmosferində keçiriləcəyi halda, Rusiya seçkilərin nəticələrini tanımayacaq. “Hansı regionda yaşamasından asılı olmayaraq, Ukraynanın bütün vətəndaşlarına ölkənin gələcəyinin təyin olunması üçün eyni hüquqlar verilməlidir”, - o, dilə gətirib.

15.40

“Ukraynada qismən qanuni hakimiyyət kimi yalnız Ali Rada mövcuddur, digər bütün orqanlar qanunsuzdur”.

Publika.Az –ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin mətbuat konfransında deyib.

O, vurğulayıb ki, artıq hakimiyyətdə olmamasına baxmayaraq, Viktor Yanukoviçi Ukraynanın qanuni prezidenti hesab edir. “Prezidentin hakimiyyətdən kənarlaşdırılmasının üç yolu var: Ölüm, şəxsi bəyanat və impiçment. Ali Radanın impiçment qərarını isə Konstitusiya Məhkəməsi təsdiq etməlidir. Bu prosedur həyata keçirilməyib”, - Putin qeyd edib.

V.Putin Rusiya qoşunlarından Ukraynada istifadə edilməsinə hazırda ehtiyac olmadığını, amma bunun istisna edilmədiyini dilə gətirib:“Bu, qanunauyğun hərəkət olacaq. Bizdə Ukrayna vətəndaşlarının müdafiəsi ilə bağlı Ukraynanın qanuni prezidentinin müraciəti var. Əgər ölkənin Şərq regionlarının sakinləri bizə yardım üçün xahiş edərsə, biz vətəndaşların müdafiəsi üçün silahlı qüvvələrdən istifadə edə bilərik. Əgər biz silahlı qüvvələrdən istifadə haqqında qərar qəbul edəriksə, o halda bu, qanuni olacaq. Bu, humanitar missiyadır. Rusiya heç kəsi qul etməyə hazırlaşmır, amma Ukraynada kimlərinsə təqib ediləcəyi halda Rusiya kənarda durmayacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm