Moskvadan İrəvana çağırış: Azərbaycan torpaqlarından çıxın – ŞOK İDDİA
Bizi izləyin

Nida.az

Moskvadan İrəvana çağırış: Azərbaycan torpaqlarından çıxın – ŞOK İDDİA

Mayın 8-də keçirilmiş Avrasiya İttifaqı sammitində Kreml Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmağı təklif edib.

ANS press-in məlumatına görə, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.

Qəzet bildirib ki, Rusiya hər vəchlə Azərbaycanı Avrasiya İttifaqına cəlb etməyə çalışır. Amma Azərbaycan Ermənistanın Rusiyanın dəstəyi ilə işğal etdiyi torpaqların geri qaytarlırmasını əsas şərt kimi irəli sürür.

“Dünya neft və qaz bazarlarına təsir etmək üçün yeni rıçaqlar əldə etmək baxımından Azərbaycan Rusiyaya çox lazımdır”, - deyə "Joxovurd" vurğulayır.

Dünən qəzet məsələni dəqiqləşdirmək üçün hətta Ermənistan Xarici İşlər Nazirliyinə müraciət edib. Amma nazirlikdən qəzetə təhqiramiz cavab verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm