"Hepatit C ilə bağlı xüsusi dövlət proqramı qəbul olunsun" - TƏKLİF
Bizi izləyin

Nida.az

"Hepatit C ilə bağlı xüsusi dövlət proqramı qəbul olunsun" - TƏKLİF

Millət vəkili Qənirə Paşayeva parlamentdə Hepatit C-nin yayılmasının artmasının qarşısının alınması və bu xəstələrə dəstək göstərilməsi istiqamətində dövlət proqramına ehtiyac olduğunu deyib.

Publikia.Az xəbər verir ki, bunu bu gün parlamentdə İnsan Haqları üzrə müvəkkilin hesabatının müzakirəsi zamanı çıxışında millət vəkili Qənirə Paşayeva deyib.

“Getdikcə Hepatit C virusu ilə xəstələnən insanların sayının artması bizi ciddi narahat etməlidir. Hepatit C ağır xəstəliklərin əsasını qoyur və müalicəsi çox çətin və bahalıdır. Hepatit C-yə yoluxan insanların bir çoxunun xəstəliklə mübarizə istiqamətində müalicə alma imkanları çox məhduddur".

Millət vəkili bu istiqamətdə əhalinin marifləndirilməsini və dövlət dəstəyini vacib sayır: "Hepatit C-nin getdikcə daha da artması bizi ciddi narahat etməklə bərabər, bu istiqamətdə əhalinin maarifləndirilməsindən tutmuş profilaktik tədbirlərin gücləndirilməsinə və insanların müalicəsi istiqamətində dövlət dəstəyinin genişləndirilməsinə ciddi ehtiyac var. Bu istiqamətdə xüsusi dövlət proqramının olmasına ciddi ehtiyac olduğunu bu xəstəlikdən əziyyət çəkən insanların müraciətləri zamanı görə bilirik. Hepatit C-yə qarşı mübarizədə bu xəstəliyə yoluxan insanların müalicəsinə dövlət dəstəyi qədər də, əhali arasında güclü maarifləndirmə və profilaktik tədbirlərin genişləndirilməsinə ehtiyac var" deyə millət vəkili bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm