• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Əli Kərimlini xarici güclər maliyyələşdirir”

  • Nida.az
  • 14 May 2015 19:31
  • 441 Baxış
“Əli Kərimlini xarici güclər maliyyələşdirir”

“Qüdrət Həsənquliyev Əli Kərimlidən fərqli olaraq milli mənafeyi nəyəsə qurban verməyib. Əli Kərimli siyasətə müxbirlikdən gəlib. Ancaq hələ də müxbir olaraq da qalıb. Əbülfəz Elçibəyə və bütün dostlarına xəyanət edən Əli Kərimli sonda elə müxbir kimi çalışmalı idi və çalışır da. Həm də Kərimli bütün günü orta məktəblilər kimi facebook-da “like” toplamaqla məşğuldur”.

“Azadlıq” qəzeti BAXCP sədri Qüdrət Həsənquliyevin Avropa Oyunlarına qədər bir neçə məhbusun azad edilməsi təşəbbüsünü Azərbaycan hakimiyyətinin narahatçılığı ilə əlaqələndirib. Bununla bağlı mətbuata acıqlama verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib ki, bu, birbaşa ağ yalandır:” Bu adamlar həbs ediləndən dərhal sonra BAXCP sədri Qüdrət Həsənquliyev təşəbbüslə çıxış etmişdir ki, həmin adamların həbs-qəti imkan tədbiri dəyişdirilməlidir, azad edilməlidir. Bu faktın özü sübut edir ki, Əli Kərimli Qüdrət bəyə böhtan atır. Kərimli Qüdrət bəyin milli və dövlət maraqlarından çıxış edən siyasətçi kimi xalqın rəğbətini qazanmasının fərqindədir. O, ağıllı və təmkinli çıxışları ilə narazı elektoratın hörmətini qazanır, həm də sözsüz ki, radikalizmin dayaqlarını sarsıdır. Onun çıxışlarından pərt olan Əli Kərimli hər vəchlə özü əxlaqına və davranışına uyğun şərhlər yazır. Qüdrət bəy Kərimlidən fərqli olaraq həmişə öz mövqeyinin olması ilə seçilib, kiminsə tapşırığı ilə milli mənafeyi nəyəsə qurban verməyib. Kərimli isə bu gün də satılmış adam kimi xaricilərin əlində alətdir. O başa düşsə də ki, xarici güclər Azərbaycanda demokratiya istəmir, Azərbaycanı təzyiq altında saxlamaq istəyir, yenə də onlara xidmət edir. Çünki Əli Kərimli onlar tərfindən qidalandırılır”.

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Əli Kərimlinin işsiz olduğunu da bildirib: “Əli Kərimlinin işi yox, gücü yox. Bekar adamdır, oturub kompüterin qabağında, yazı yazmaqla məşğuldur. Qüdrət bəylə bağlı indiyə qədər yazılan yazıların böyük əksəriyyətini özü yazır və başqa imzalar qoyur. Həm də Kərimli bütün günü orta məktəblilər kimi facebook-da “like” toplamaqla məşğuldur”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR