• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Azərbaycanın 17 rayonunda kənd adları dəyişdirilir

  • Nida.az
  • 15 May 2015 12:22
  • 624 Baxış
Azərbaycanın 17 rayonunda kənd adları dəyişdirilir

Azərbaycanın 17 rayonunda 30-dan yuxarı kəndin və inzibati ərazi dairəsinin adı dəyişdiriləcək.

Publika.az-ın məlumatına görə, bununla bağlı məsələ parlamentin Regional Məsələlər Komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

Komitənin iclasına çıxarılan məsələ barədə danışan komitə sədri Arif Rəhimzadə bildirib ki, bəzi kənd və inzibati ərazi dairələrinin adlarının dəyişdirilməsini nəzərdə tutan qanun layihəsi uzun müddətə formalaşıb: “Belə ki, bəzi kənd və inzibati ərazi dairələrinin adlarının dəyişdirilməsi ilə bağlı yaşayış məntəqələrindən, yerli icra hakimiyyətlərindən müraciətlər olunub, sonra həmin müraciətlər Prezident Administrasiyasının müvafiq şöbəsində toplanılıb və axırda bizə belə bir qanun layihəsi göndərilib.

Eyni zamanda onu da deyim ki, bununla bağlı Toponimiya Komissiyasında xeyli müzakirələr gedib, təkliflər, iradlar bildirilib, təkrar yerli icra hakimiyyətləri ilə müzakirələr aparılıb".

A.Rəhimzadə deyib ki, qanun layhəsinə əsasən bəzi kənd adlarının tamam, həmçinin təkrarlanan, eyniadlı kənd adlarının və bəzi inzibati ərzai dairələrinin adlarının dəyişdirilməsi təklif olunur:

"Yəni, Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, Kəlbəcər, İsmayıllı, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarıın tərkibindəki 30-dan artıq kəndi və inzibati ərazi dairəsinin adlarının dəyişdirilməsi nəzərdə tutulur".

Sözügedən komtənin üzvü Fəzail İbrahimli müzakirəyə çıxarılan məsələni dəstəklədiyini bildirərək, ideoloji xarakter daşıyan, mənası heç kimə bəlli olmayan kənd adlarının dəyişdirilməsinin vacib olduğunu söyləyib.

Deputat Rüstəm Xəlilov da qanun layihəsinə müsbət yanaşdığını, eyni zamanda, gələcəkdə bəzi rayonlarda eyniadlı bir neçə kəndin adının dəyişdirilməsinin də vacibliyini bildirib.

Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR