Prezidentin köməkçisi iqtidar-müxalifət görüşünün detallarından danışdı
Bizi izləyin

Nida.az

Prezidentin köməkçisi iqtidar-müxalifət görüşünün detallarından danışdı

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün baş tutan iqtidar-müxalifət dialoqunun nəticələrini açıqlayıb.


Publika.az xəbər verir ki, PA rəsmisi ötən görüşlərdən fərqli olaraq siyasi partiyaların razılığı ilə gündəliyə cari məsələlərin də daxil edildiyini bildirib: “Təkcə müzakirəyə çıxarılan məsələlər deyil, siyasi partiya sədrlərini və onların tərəfdarlarını narahat edən məsələlər də müzakirə edildi. Siyasi partiya sədrləri xüsusilə bir qrup məhbusun azad olunması üçün Prezidentə müraciət etdi”.


Əli Həsənov görüşdə partiyaların maddi təminatının da gündəmə gəldiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, qərargah məsələləri, bank kreditləri və digər sosial məsələlər müzakirə olunub.


PA rəsmisi görüşdə I Avropa Oyunlarının Bakıda keçirilməsinin də müzakirə mövzusu olduğunu qeyd edib.


“I Avropa Oyunları Azərbaycan xalqına lazımdır. Bu, Azərbaycanın öz mədəniyyətini, milli dəyərlərini, ictimai-siyasi vəziyyətini dünyaya çatdırmağa imkan verir”, - deyə PA rəsmisi vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm